• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Elçin Əmirbəyov: Vaşinqtonda sülh sazişinin paraflanması Qafqaz regionu üçün tarixi bir mərhələdir

8-09-2025, 21:00 | Baxılıb: 240
“Elçin Əmirbəyov: Vaşinqtonda sülh sazişinin paraflanması Qafqaz regionu üçün tarixi bir mərhələdir

Vaşinqtonda avqustun 8-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə sülh sazişinin paraflanması Qafqaz regionu üçün onilliklər boyu davam edən düşmənçilik və qanlı münaqişələrdən sonra tarixi bir mərhələdir.

Diaspor.info xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "I24 News" telekanalına müsahibəsində deyib.

O bildirib ki, bu saziş ili ölkə arasındakı münasibətlərin normallaşmasında çox önəmli bir irəliləyişdir:

"Hazırda bu irəliləyiş sadəcə sazişin paraflanmasıdır, yəni yekun imzalanma deyil. Daha irəli getmək üçün Ermənistanın konkret addımlar atması, xüsusən də Azərbaycan əleyhinə ərazi iddialarını aradan qaldırmaq məqsədilə Konstitusiyasını dəyişdirməsi lazımdır".

Diplomat ABŞ Prezidenti Donald Trampın şəxsi iştirakı və diplomatik çəkisinin bu nəticənin əldə olunmasında həlledici olduğunu vurğulayıb:

"Ümid edirəm ki, bu proses Qafqazda əməkdaşlıq, sabitlik və iqtisadi tərəqqi üzərində qurulmuş yeni bir dövr açacaq".

Azərbaycanın vasitəçi rolunun artması, xüsusilə İran və İsrail arasında vasitəçilik barədə soruşulduqda Əmirbəyov bildirib ki, Azərbaycan 1991-ci ildən müstəqilliyini əldə etdikdən sonra çoxvektorlu xarici siyasət aparır:

"Biz İsrail və İranla münasibətlər də daxil olmaqla daxil olmaqla qarşılıqlı hörmət və suverenlik prinsiplərinə əsaslanan münasibətlər qururuq".

Azərbaycan özünü təbii dialoq platforması kimi təqdim etmək, gərginliyi yumşaltmaq üçün sakit diplomatiyaya töhfə vermək niyyətindədir, hətta tarixən düşmən münasibətləri olan ölkələr arasında belə.

İsrail-Fələstin münaqişəsi ilə bağlı isə Əmirbəyov bir daha vurğulayıb ki, iki dövlətli həll real və davamlı sülh üçün yeganə yoldur. Qlobal idarəçilik məsələsini müzakirə edərkən isə o, BMT Təhlükəsizlik Şurasının islahatının vacibliyini, onu köhnəlmiş hesab etdiyini vurğulayıb. "Biz qlobal idarəçiliyi müharibə yolu ilə deyil, dialoq yolu ilə dövrümüzə uyğunlaşdırmalıyıq",- deyə Əmirbəyov dünyada daha çox əməkdaşlıq və daha az qarşıdurma çağırışı edib.скачать dle 10.6фильмы бесплатно


240

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.