• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Baş nazirin müavini: 347 Çin şirkəti sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti sahələrində aktiv fəaliyyət göstərir

9-09-2025, 22:00 | Baxılıb: 250
“Baş nazirin müavini: 347 Çin şirkəti sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti sahələrində aktiv fəaliyyət göstərir

Çinin Siamen şəhərində davam edən 25-ci Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi (CIFIT) çərçivəsində “Bir kəmər, bir yol” beynəlxalq investisiya əməkdaşlığı mövzusunda tematik iclas keçirilib.
Diaspor.info xəbər verir ki, “Bir kəmər, bir yol” təşəbbüsü ölkələrinin investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair müzakirələrin aparıldığı iclasda çıxış edən Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Komisisyasının həmsədri Şahin Mustafayev tədbirin ölkələrimizi bir-birinə daha sıx bağlayan, sərmayə və ticarət üçün konkret imkanlar yaradan nüfuzlu platforma olduğunu bildirib.

Baş nazirin müavini növbəti mərhələdə ticarət strukturunun daha da şaxələndirilməsi, eyni zamanda logistik xərclərin optimallaşdırılması ilə rəqabət qabiliyyətinin yüksəldilməsi hədəflərini vurğulayıb.

Şahin Mustafayev 1995-ci ildən Azərbaycana Çindən 942,3 milyon dollar həcmində birbaşa investisiya yatırıldığını, bununla yanaşı, Çin biznesinin ölkəmizdə geniş təmsil olunduğunu, ölkəmizdə 347 Çin şirkətinin sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət və xidmət sahələrində aktiv fəaliyyət göstərdiyini vurğulayıb.

Ş.Mustafayev Azərbaycanın xüsusi iqtisadi zonalarında, o cümlədən Ələt Azad İqtisadi Zonasında və ölkəmizin sənaye parklarında biznesin həyata keçirilməsi üçün hər cür əlverişli şərait yaradıldığını deyib, bundan başqa, hökumətin Azərbaycanda əsas bərpa-quruculuq bölgələri olan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında özəl investisiyaların cəlb edilməsini fəal şəkildə təşviq etdiyini bildirib.

“Sözügedən ərazilərdə, eləcə də müəyyən edilmiş xüsusi iqtisadi zonalar 10 ilə qədər vergi güzəştləri də daxil olmaqla qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq üçün vacib imkanlar yaradır. Bu kontekstdə cari ilin 22-23 sentyabr tarixlərində Bakıda 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək. Forum Şərqlə Qərbin kəsişməsində yerləşən ölkəmizi dayanıqlı ticarət və təchizat zəncirlərinin gələcəyini formalaşdıran açıq bir platforma kimi təqdim edəcək”, - deyə Şahin Mustafayev əlavə edib.

Baş nazirin müavini Azərbaycanın Avrasiyanın təbii körpüsü olduğunu, Bakı-Tbilisi-Qars dəmir yolu da daxil olmaqla Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin “Bir kəmər, bir yol” təşəbbüsünün dayanıqlı hissəsini təşkil etdiyini vurğulayıb: “Ötən il Orta Dəhliz üzrə tranzit daşımalar 86 faiz, cari ilin yanvar-iyul aylarında isə 44 faiz artıb”.

Azərbaycan nümayəndə heyətinin Çinin “Hasee” və “Kinglong” şirkətlərinin rəhbərləri ilə görüşü olub.скачать dle 10.6фильмы бесплатно


250

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.