• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ziyafət Əsgərov: Azərbaycan Vaşinqton razılaşması ilə yeni dünya düzəninin formalaşmasında mühüm rol oynayır

9-09-2025, 23:00 | Baxılıb: 243
“Ziyafət Əsgərov: Azərbaycan Vaşinqton razılaşması ilə yeni dünya düzəninin formalaşmasında mühüm rol oynayır

Vaşinqtonda imzalanan sənədlər, xüsusilə 17 maddədən ibarət Azərbaycan-Ermənistan arasında sülh sazişinin paraflanması dövlətimizin diplomatiyasının uğuru kimi dəyərləndirilməlidir. Həmin sənədin imzalanması Ermənistan tərəfindən də ABŞ-ın vasitəçiliyi və şahidliyi ilə təsdiq olunub ki, bu da beynəlxalq miqyasda sülhün, əməkdaşlığın genişlənməsi istiqamətində mühüm addımdır.

Diaspor.info xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov parlamentin növbədənkənar sessiyası çərçivəsində “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda keçirilən bugünkü xüsusi iclasda çıxışı zamanı səsləndirib.

O, Prezident İlham Əliyevin ABŞ-a işgüzar səfərinin Azərbaycan-Amerika münasibətləri baxımından mühüm tarixi əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, Vaşinqton razılaşması Prezident İlham Əliyevin uzaqgörən siyasətinin və diplomatik fəallığının məntiqi nəticəsidir. Həmçinin illər boyu heç bir real nəticə verməyən ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyinə də toxunan Z.Əsgərov bu qrupun artıq tarixi arxivə qovuşduğunu diqqətə çatdırıb.

Sədr müavini sənəddə xüsusilə yer alan Zəngəzur dəhlizini strateji əhəmiyyətli məqam kimi qiymətləndirib. Onun sözlərinə görə, bu dəhliz maneəsiz əlaqənin təmin edilməsinə şərait yaradacaq: “Eyni zamanda, imzalanmış sənədlər Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlığın yeni mərhələyə keçməsinin əsasını qoyur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni dünya düzəninin formalaşmasında mühüm rol oynayır. Vaşinqton razılaşması bu prosesin bariz nümunəsidir və sülh diplomatiyasının, həmçinin müdrik liderliyin təntənəsidir”.скачать dle 10.6фильмы бесплатно


243

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.