• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Prezident: Bu gün Azərbaycanda iqtisadi artım uzunmüddətli sabit trendə çevrilib

22-09-2025, 11:30 | Baxılıb: 183
“Prezident: Bu gün Azərbaycanda iqtisadi artım uzunmüddətli sabit trendə çevrilib

Bu gün Azərbaycanda iqtisadi artım uzunmüddətli sabit trendə çevrilib. 2021-2024-cü illərdə qeyri-neft sektoru hər il orta hesabla 6,7 faiz artıb və onun ümumi iqtisadiyyatda payı 68 faizə yüksəlib. Qeyri-neft ixracı son altı ildə demək olar ki, iki dəfə artıb. Bu da ölkəmizin rəqabət qabiliyyətinin yüksəlməsinin əyani göstəricisidir.

Diaspor.info xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciətində yer alıb.

Dövlətimizin başçısı qeyd edib ki, bütün bu nailiyyətlər ölkədə müasir istehsal infrastrukturunun qurulması ilə dəstəklənib: “Hazırda bizdə 9 sənaye parkı və 4 sənaye məhəlləsi fəaliyyət göstərir. Burada 171 müəssisə qeydiyyata alınmış, onların 98-i artıq istehsal fəaliyyətinə başlamışdır. Sənaye zonalarına 6,9 milyard manatdan çox investisiya yatırılmış, burada 11 minə yaxın daimi iş yeri yaradılmışdır”.

Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, qabaqcıl ideyaların tətbiqi, dövlət-özəl tərəfdaşlıq mexanizmləri və həyata keçirilən islahatlar nəticəsində özəl sektorun iqtisadiyyatda payı 81,4 faiz səviyyəsində qorunub. İqtisadiyyatın davamlı inkişafı əhalinin rifahını yüksəldib və ölkənin maliyyə gücünü artırıb. 2025-ci ildə 2017-ci ilə nəzərən dövlət büdcəsinin gəlirləri 2,4 dəfə, strateji valyuta ehtiyatları 1,9 dəfə artıb, dövlətin xarici borcunun ümumi daxili məhsula nisbəti isə 6,5 faizə düşərək dünya üzrə ən aşağı göstəricilərdən birinə çevrilib.скачать dle 10.6фильмы бесплатно


183

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.