• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Dünyada ölkəmizlə əməkdaşlığa maraq böyükdür

26-09-2025, 11:00 | Baxılıb: 291
“Dünyada ölkəmizlə əməkdaşlığa maraq böyükdür

Dünyada ölkəmizlə əməkdaşlığa maraq böyükdür

Sentyabrın 22-də Azərbaycan Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərinə işgüzar səfərə gedib. 150-dən çox dövlət və hökumət başçısı iştirak etdiyi BMT Baş Assambleyasının yubiley sessiyasında ölkə başçısı qarşı tərəflərin müraciətləri əsasında bir sıra dövət başçıları, beynəlxalq təşkilat və şirkətlərin rəhbərləri ilə görüşlər keçirib.
Qeyd edilməlidir ki, 1992-ci il martın 2-dən BMT üzvü olan respublikamız bu qurumun tribunasından ilk gündən qlobal diqqəti torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsinə yönəldib. Respublikamızla BMT arasında əlaqələrin inkişafı, xüsusən təşkilatın tribunasından daha səmərəli yararlanmaq Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonrakı dövrə təsadüf edir. Məhz Heydər Əliyevin sayəsində Azərbaycan BMT platformasından beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan münaqişəsinə daha çox cəlb etməyə başladı.
Prezident İlham Əliyev xarici siyasətdə BMT ilə əlaqələrin inkişafına mühüm önəm verir. Dövlətimizin başçısı bu qurumun sessiyalarında iştirakı zamanı hər zaman diqqəti artıq həllini tapmış Qarabağ probleminə yönəltmiş, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də yerinə yetirilmədiyini bəyan etmiş və onların həyata keçirilməsinin işlək mexanizminin yaradılmasını ümdə məsələ kimi irəli sürmüşdü. 
Prezident İlham Əliyev hər zaman BMT  Baş Assambleyasının sessiyalarında və bu qurumun digər tədbirlərində xüsusi ehtiramla qarşılanıb. Dövlətimizin başçısının bu çərçivədə etdiyi çıxışlar, keçirdiyi görüşlər həmişə diqqətlə izlənilib, maraqla qarşılanıb. Hazırda dünyanın diqqəti  BMT Baş Assambleyasının 80-ci sessiyasına yönəlib.  Azərbaycan Prezidenti İlham Əliyev bu mötəbər qlobal siyasi tədbirin ən nüfuzlu qonaqları sırasındadır. 
Sentyabrın 25-də Prezidenti İlham Əliyev Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında bir sıra mühüm məsələlərə toxunaraq qeyd edərək deyib: “Uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam”.
Öz çıxışında dövlət başçısı 30 ildən çox davam edən Ermənistan-Azərbaycan münaqişəsinə xüsusi yer ayırıb. Bildirib ki, 2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası və təqribən 30 ilə yaxın işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixə düşdü.
“Azərbaycan Zəfər müharibəsindən dərhal sonra ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı Ermənistanla sülh danışıqları ilə bağlı fikirlərini bölüşüb. Dövlətimizin başçısı deyib ki, biz beynəlxalq hüquqa əsaslanan beş təməl prinsipi irəli sürdük, sülh müqaviləsi layihəsini təqdim etdik. Daha sonra layihə mətni üzrə 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam edən danışıqlar prosesi bizim təşəbbüsümüzlə başladı. Müxtəlif təxribatlara baxmayaraq, danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına, hər hansı bir kənar müdaxilə olmadığına görə müsbət nəticələr verdi”.
Artıq Qarabağ problemi başa çatıb, Azərbaycan dövləti həm də BMT Nizamnaməsinə söykənərək torpaqlarını işğaldan azad edib, özünün ərazi bütövlüyünə nail olub. Bununla da dövlətimiz BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin yerinə yetirilməsini təmin edib. Azərbaycanın regionda yaratdığı yeni reallıqlar beynəlxalq ictimaiyyət tərəfindən tanınır. 
Prezident İlham Əliyev isə BMT Baş Assambleyasının 80-ci sessiyasında nüfuzlu dövlət başçısı olmaqla yanaşı, həm də qalib Lider, Müzəffər Ali Baş Komandan kimi iştirak edir. BMT tribunasındakı çıxışçında Prezident İlham Əliyev bildirib ki, Azərbaycan yeni bir dövrə qədəm qoyub. Dövlətimizin başçısı qeyd edib: “Biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq”.
Torpaqlarını işğaldan azad edən Azərbaycanın yürütdüyü uğurlu siyasət və Prezident İlham Əliyevin nüfuzu bölgədə sülhü təmin etməklə bərabər, əməkdaşlığa böyük töhfələr verir. Əlbəttə ki, bütün bunlar Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqelərinin daha da güclənməsinə, xarici şirkətlərin respublikamızla əməkdaşlığa daha böyük maraq göstərmələrinə əhəmiyyətli dərəcədə təsir edir. Prezident İlham Əliyevin Nyu Yorkda qarşı tərəflərin müraciətlərinə əsasən keçirdiyi çoxsaylı görüşlər də bunu təsdiqləyir.

Dünyada ölkəmizlə əməkdaşlığa maraq böyükdür

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
скачать dle 10.6фильмы бесплатно


291

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.