• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Kiyevdə “Birlik xiyabanı”nda Azərbaycan-Ukrayna dostluğunu simvolizə edən memorial lövhənin açılışı olub

26-09-2025, 18:00 | Baxılıb: 201
“Kiyevdə “Birlik xiyabanı”nda Azərbaycan-Ukrayna dostluğunu simvolizə edən memorial lövhənin açılışı olub

Ukraynanın Kiyev vilayətinin Boyarka şəhərinin mərkəzində yerləşən Taras Şevçenko adına parkda 2023-cü ilin yazında Azərbaycan–Ukrayna parlamentlərarası İşçi Qrupunun təşəbbüsü ilə salınmış “Birlik xiyabanı” ziyarət olunub.

Diaspor.info xəbər verir ki, tədbirdə Ukrayna Ali Radasının deputatı, Ukrayna–Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Volodimir Kreydenko, Ukrayna Ali Radası sədrinin müşaviri, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov, Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Rövşən Hüseynzadə, səfirliyinin konsulluq məsələləri üzrə məsul şəxsi Qalibbəy Ağadadaşov, Boyarka şəhər şurasının katibi Aleksey Perfilov, Boyarka şəhər şurasının deputatı Alina Qriqoreva və diaspor fəalları iştirak ediblər.

Mərasimdə çıxış edən Ukrayna–Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Volodimir Kreydenko ölkəmizin Ukraynaya göstərdiyi dəstəkdən bəhs edərək Azərbaycan diasporunun Ukraynada çox fəal olduğunu bildirib.

Ukrayna Ali Radası sədrinin müşaviri, UABD-nin sədri Hikmət Cavadov iki ölkə arasındakı münasibətlərin qədim tarixə malik olduğunu deyib. O vurğulayıb ki, Ukrayna da daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib: “Əlbəttə, eyni addımı bu gün də Azərbaycan atır. Prezident İlham Əliyevin Ukraynaya humanitar yardımların göndərilməsi ilə bağlı qərarı təkcə bu ölkəyə deyil, həm də Ukraynada yaşayan yüz minlərlə azərbaycanlıya diqqətin nümunəsidir. Biz Azərbaycanımızla fəxr edirik və diaspor olaraq şəhərlərin abadlaşdırılması, parkların salınması kimi layihələrdə iştirak etməklə töhfə verməyə davam edəcəyik”.

Hikmət Cavadov həmçinin qeyd edib ki, Azərbaycan və Ukrayna arasında hökumətlərarası əməkdaşlıqla yanaşı, parlamentlərarası əlaqələr də ən yüksək səviyyədə inkişaf edir: “Bu tədbir bir daha sübut etdi ki, Azərbaycan və Ukrayna xalqları təkcə diplomatik müstəvidə deyil, həm də dərin dostluq, qarşılıqlı dəstək və ortaq dəyərlər əsasında bir-birinə bağlıdır. “Birlik xiyabanı” iki ölkə arasında qardaşlıq münasibətlərinin rəmzi olmaqla yanaşı, gələcək nəsillərə də dostluq və həmrəylik mesajı verəcək”.

Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Rövşən Hüseynzadə qeyd edib ki, Azərbaycan–Ukrayna münasibətləri hər keçən gün daha da inkişaf edir. O, vurğulayıb ki, Ukraynanın çətin günlərində Azərbaycan hökuməti həm maddi, həm də mənəvi dəstəyini göstərməkdə davam edir: “Bu humanitar yardım Azərbaycan dövlətinin və Prezidentimizin Ukraynaya göstərdiyi qayğının bariz nümunəsidir”.

Boyarka şəhər şurasının katibi Aleksey Perfilov Azərbaycan dövlətinin, səfirliyinin və diasporunun göstərdiyi diqqəti yüksək qiymətləndirib: “Bizim şəhərin ən gözəl parkında Azərbaycan-Ukrayna dostluğunu ehtiva edən bu təşəbbüs qürurvericidir”.

Boyarka şəhər şurasının deputatı Alina Qriqoreva çıxışında bildirib ki, Azərbaycan onun üçün sadəcə dost ölkə deyil, ailəsinin və həyatının bir parçasına çevrilmiş doğma diyardır: “Azərbaycan etibarlı dostdur və göstərib ki, əsl qardaşlıq sözlərlə deyil, əməllərlə ölçülür”.Tədbir çərçivəsində “Birlik xiyabanı”na yeni ağaclar əkilib, eləcə də Azərbaycan–Ukrayna dostluğunu və birliyini simvolizə edən memorial lövhə quraşdırılıb.

Mərasimdən sonra iştirakçılar Qələbə parkındakı “Şöhrət xiyabanı”nda Ukraynanın azadlığı uğrunda canından keçmiş qəhrəmanların xatirəsini yad ediblər.скачать dle 10.6фильмы бесплатно


201

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.