• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan - İtaliya münasibətləri yeni inkişaf mərhələsində

1-10-2025, 09:00 | Baxılıb: 283
“Azərbaycan - İtaliya münasibətləri yeni inkişaf mərhələsində

Azərbaycan - İtaliya münasibətləri yeni inkişaf mərhələsində

Bu gün Azərbaycan özünün beynəlxalq və iktərəfli əməkdaşlıq coğrafiyasını genişləndirməkdədir. Ölkəmizin atan nüfuzu fonunda xarici siyasətin əsas istiqamətlərindən biri də Avropanın aparıcı ölkələri ilə yaxın təmasların qurulmasıdır.
Ölkəmizin günü-gündən inkişaf etməsi, onun nüfuzunun artması bir çox dövlətlərin Azərbaycana olan marağını artırıb, onunla səmimi dostluq və əməkdaşlıq əlaqələrinin yaradılmasına çalışan ölkələrin sayı artmaqdadır. Bu istiqamətdə Avropa dövlətlərinin Azərbaycanla münasibərlərin genişlənməsinə olan marağı artıb. Azərbaycan Avropanın inkişaf etmiş dövləti olan İtaliya üçün də cəlbedici ölkədir. İlk növbədə Azərbaycanın karbohidrogen ehtiyatları dövlətlərimiz arasındakı əlaqələrin inkişafı zərurətini meydana çıxarıb.
Strateji tərəfdaşlıq əlaqələrinə malik Azərbaycan və İtaliyanı həm də möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Tərəflər arasında münasibətlər qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır və bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır.
Qeyd etmək lazımdır ki, Azərbaycanın xarici siyasət kursunda İtaliya ilə əlaqələrin daha da irəliyə aparılması mühüm yer tutur. Bu gün İtaliya Avropa İttifaqına üzv ölkələr arasında Azərbaycanın əsas siyasi, iqtisadi və ticari tərəfdaşıdır.
Sentyabrın 30-da İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinə böyük təkan olacadır. Həmin gün Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə təkbətək və geniş tərkibdə görüşləri keçirilib. Görüşlərdə Azərbaycan-İtaliya arasında əlaqələr, onların genişləndirilməsi və bir sıra digər məsələlərə müzakirə edilib və hər iki dövlət başçısı mətbuata bəyanatla çıxış ediblər.
İlk növbədə qeyd edilməlidir ki, bu səfər İtaliya Prezidenti cənab Mattarellanın Azərbaycanda ikinci səfəridir və cənab Sercio Mattarella ilk dəfə ölkəmizdə 7 il əvvəl olub. Prezident İlham Əliyevin İtaliya Prezidenti ilə mətbuata bəyanatında dediyi kimi: “Bugünkü səfər onu göstərir ki, İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq”.
Bu illər ərzində münasibətlərimiz çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edib. Siyasi əlaqələr ən yüksək səviyyədədir. Ötən il Prezident İlham Əliyev İtaliyada rəsmi səfərdə olub və keçirilən görüş zamanı Prezident Sercio Mattarellanı ölkəmizə səfərə dəvət edib.
Dövlətimizin başçısı vurğulayıb ki, iqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır. Hazırda Azərbaycan və İtaliya arasında iki strateji tərəfdaşlıq sənədi vardır. Onlardan biri 2015-ci ildə imzalanıb. Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə 5 il əvvəl imzalanıb. Keçən illər ərzində ölkələr arasında münasibətlər çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edib və bu gün siyasi əlaqələr ən yüksək səviyyədədir.
İqtisadi sahədə İtaliya Azərbaycan üçün birinci ticarət tərəfdaşıdır və ildən-ilə ticarət dövriyyəsı artmaqdadır. Energetika sahəsində bir çox önəmli layihələr icra edilib. Burada xüsusilə Azərbaycan neftinin və qazının İtaliyaya ixracını qeyd etmək lazımdır. Bununla yanaşı Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinə də öz töhfəsini vermişdir. Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 14 ölkəyə təbii qazı ixrac edir. İldən-ilə ixracın əhatə dairəsi artır və hazırda boru kəmərləri ilə ixrac edilən təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Prezident İlham Əliyevin mətbuata bəyanatında qeyd etdiyi kimi: “Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdədir, Azərbaycan qazı ikinci yerdədir. Yəni, bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər verir. Biz uzun illər etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləmişik. Əgər bu səmimi münasibətlər olmasaydı, qarşılıqlı inam olmasaydı, bu layihələrin həyata keçirilməsi mümkün olmazdı”.
İki dövlət başçısı arasında keçirilən danışıqlar zamanı Avropa İttifaqı-Azərbaycan əlaqələrinə də toxunulub. Qeyd edilib ki, İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına dəstək verib. Eyni zamanda Avropa İttifaqı-Azərbaycan əlaqələrində də müsbətə doğru addımlar atılır ki, bu da bizi təbii olaraq məmnun edir.
Beləliklə Azərbaycan-İtaliya arasındakı strateji tərəfdaşlıq əlaqələri həm rəsmi sənədlərdə, həm həyatda, praktik işlərdə özünü büruzə verir və ümid etmək olar ki, müxtəlif bölgələrdə yerləşən ölkələr arasındakı münasibətlərin qurulması Azərbaycan və İtaliyanın timsalında bir örnək ola bilər.

Azərbaycan - İtaliya münasibətləri yeni inkişaf mərhələsində

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
скачать dle 10.6фильмы бесплатно


283

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.