• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Fuad Muradov Yaponiyadakı Azərbaycan icması ilə görüşüb

1-10-2025, 15:30 | Baxılıb: 282
“Fuad Muradov Yaponiyadakı Azərbaycan icması ilə görüşüb

Fuad Muradov Yaponiyadakı Azərbaycan icması ilə görüşüb
 
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yaponiyanın Osaka şəhərində Azərbaycan icması ilə görüşüb. Görüşdə Yaponiyanın 10-dan çox şəhərində yaşayan soydaşlarımız və ölkəmizi sevən xaricilər iştirak edib.
 
“Xaricdə yaşayan hər bir azərbaycanlının fəaliyyəti dövlətimizin diqqət mərkəzindədir” – bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri icma ilə görüşü zamanı səsləndirib. Soydaşlarımıza Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən diaspor siyasəti, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın mədəniyyətimizin beynəlxalq miqyasda təntənəsinə göstərdiyi qayğı barədə məlumat verilib, diaspor fəaliyyəti sahəsində əməkdaşlığın səmərəliliyinin artırılması imkanlarından danışılıb.

Nəzərə çatdırılıb ki, Osakada keçirilən “Expo 2025”-də Azərbaycanın təmsilçiliyi, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan pavilyonunun qurulması ölkəmizin daha geniş arealda tanıdılması baxımından mühüm hadisədir və bu qədər əhəmiyyətli tədbir çərçivəsində icmamızla görüşün təşkili xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri Gursel İsmayılzadə icma ilə keçirilən görüşün əhəmiyyətinə diqqət çəkib və bu görüşlərin icma daxilində şəbəkələşmənin sürətlənməsinə təsirini müsbət qiymətləndirib.

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntər Yaponiyadakı Azərbaycan icmasının gördüyü işlərdən, soydaşlarımızın cəmiyyətə uğurlu inteqrasiyasından və diaspor fəaliyyəti sahəsindəki birgə təşəbbüslərin əhəmiyyətindən danışıb.

Azərbaycan Respublikasının Xalq artisti, professor Yalçın Adıgözəlov mədəniyyətimizin Yaponiyada tanıdılmasında soydaşlarımızın əvəzsiz xidmətlərini yüksək qiymətləndirib, onlara uğurlar arzu edib.
 
Yaponiyada yaşayan musiqiçi Gülnarə Səfərovaya təltif olunduğu “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təqdim olunub. Gülnarə Səfərova diaspor fəaliyyətinə görə təltif olunmaqdan böyük qürur hissi keçirdiyini bildirib.

Görüşdə Azərbaycanın Vətən müharibəsində qazandığı qələbədən bəhs edən videoçarxlar nümayiş olunub.

Yaponiyadakı Azərbaycan icması ilə görüş fikir mübadiləsinin aparılması və sualların cavablandırılması ilə davam edib. Soydaşlarımız görüşlə bağlı təəssüratlarını bölüşüb, Yaponiyadakı icmaya göstərilən diqqətə görə Azərbaycan dövlətinə minnətdarlıq ediblər.

İcma görüşü azərbaycanlı və yapon sənət adamlarının birgə iştirak etdiyi konsert proqramı ilə yekunlaşıb. Açıq havada təşkil olunan konsert proqramını “Expo 2025”-ə gələn yüzlərlə iştirakçı böyük maraqla izləyib. Azərbaycanlı və yapon sənətkarların ifasında səslənən milli musiqilərimiz, rəqslərimiz qəlb oxşayıb, tamaşaçılar arasında böyük coşqu yaradıb.

Konsert proqramı Azərbaycan və Yaponiyanın zəngin mədəniyyətini bir araya gətirən, ortaq dəyərlərə və dostluq münasibətlərinə həsr olunan, iki ölkə arasında mədəni əməkdaşlığa yeni nəfəs verən mədəniyyət bayramına çevrilib.

скачать dle 10.6фильмы бесплатно

282

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.