• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Baş prokuror Səudiyyə Ərəbistanı Krallığında işgüzar səfərdədir

8-10-2025, 17:00 | Baxılıb: 182
“Baş prokuror Səudiyyə Ərəbistanı Krallığında işgüzar səfərdədir

Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 8-də Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə qurumunun (Nazaha) rəhbəri Mazin İbrahim Əl-Kahmusun dəvəti ilə Ciddə şəhərində təşkil olunan beynəlxalq konfransda iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanı Krallığında işgüzar səfərdədir.

Baş Prokurorluğun mətbuat xidmətindən Diaspor.info-ya verilən məlumata görə, işgüzar səfər zamanı Baş prokuror Nazaha qurumunun rəhbəri Mazin İbrahim Əl-Kahmus ilə ikitərəfli görüş keçirib.

Görüşdə Mazin İbrahim Əl-Kahmus dövlətlərimiz arasında bütün sahələrdə daim inkişaf edən tərəfdaşlıq münasibətlərindən, eləcə də ölkələrimizin hüquq-mühafizə orqanları arasında yüksək əlaqələrin daha da inkişafından məmnunluq ifadə edib.

Baş prokuror səmimi qəbula görə minnətdarlığını bildirərək Səudiyyə Ərəbistanı Krallığının aidiyyəti səlahiyyətli orqanları ilə və beynəlxalq təşkilatlar çərçivəsində cinayətkarlıqla mübarizə sahəsində, xüsusilə də Nazaha ilə cinayət yolu ilə əldə edilmiş əmlakın bərpası sahəsində ikitərəfli əməkdaşlığın daha da artacağına əminliyini ifadə edib.

Səfər çərçivəsində Baş prokuror Kamran Əliyev, həmçinin Somali ədliyyə və konstitusional işlər naziri Hasan Moallim Mahmud Şeyx Əli ilə ikitərəfli görüş keçirib.

Görüş zamanı Baş prokuror Somali Prezidenti Hasan Şeyx Mahmudun bu il fevralın 12-də Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü və bu səfər çərçivəsində imzalanmış sazişləri vurğulayaraq, dövlət başçıları arasındakı yüksək əlaqələrin qurumlararası əməkdaşlığın daha da inkişaf etməsinə təkan verməsini bildirib.

Hasan Moallim Mahmud Şeyx Əli çıxış edərək Azərbaycan və Somali arasında artan ikitərəfli əməkdaşlığın cinayətkarlıqla mübarizə, cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sahəsində birgə səylərə də töhfə verdiyini qeyd edib.

Bundan başqa, səfər çərçivəsində Baş prokuror Kamran Əliyev Qətər Dövlətinin Baş prokuroru İssa bin Səad əl-Cufali əl-Nuaimi ilə ikitərəfli görüş keçirib.

Görüşdə Baş prokuror iki ölkə arasında dostluq əlaqələrinin inkişafından və qurumlararası əməkdaşlığın güclənməsindən məmnunluğunu ifadə edib. Qətər Dövlətinin Baş prokuroru İssa bin Səad əl-Cufali əl-Nuaimi həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyini qeyd edərək, iki dövlətin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əmin olduğunu bildirib.

Nümayəndə heyətinin səfəri davam edir.скачать dle 10.6фильмы бесплатно


182

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.