• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Baş Prokuror: Cinayət yolu ilə əldə edilmiş əmlaklar ölkələrin maliyyə sisteminin sabitliyinə ciddi təhlükə törədir

9-10-2025, 21:00 | Baxılıb: 217
“Baş Prokuror: Cinayət yolu ilə əldə edilmiş əmlaklar ölkələrin maliyyə sisteminin sabitliyinə ciddi təhlükə törədir

Baş prokuror Kamran Əliyev Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfər çərçivəsində bu ölkənin Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə qurumunun (Nazaha) dəstəyi ilə təşkil edilmiş Yaxın Şərq və Şimali Afrika regionu (MENA) üzrə cinayət yolu ilə əldə edilmiş əmlakın bərpası sahəsində fəaliyyət göstərən qurumların şəbəkəsinin təsis konfransında iştirak edib.

Baş Prokurorluğun mətbuat xidmətindən Diaspor.info-ya verilən məlumata görə, 30-dan artıq yurisdiksiyanı təmsil edən 200-dən artıq nümayəndənin qatıldığı tədbir zamanı çıxış edən Baş prokuror mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qətiyyətlə həyata keçirilən ardıcıl tədbirləri, o cümlədən qanunvericilik bazasının təkmilləşdirilməsini, hüquq-mühafizə sistemində aparılmış genişmiqyaslı islahatları, cinayətkarlığın bütün növ və formalarına, mütəşəkkil cinayətkarlığın təhlükələrinə qarşı görülmüş işləri xüsusi vurğulayıb. Qeyd olunub ki, cinayət yolu ilə əldə edilmiş əmlaklar ölkələrin maliyyə sisteminin sabitliyinə ciddi təhlükə törədir və təhdidə qarşı mübarizədə qlobal səylərin birləşdirilməsi vacibdir. Baş prokuror, eyni zamanda, bu istiqamətdə prokurorluq orqanları tərəfindən həyata keçirilmiş tədbirlər barədə də tədbir iştirakçılarını məlumatlandırıb.

Səfər zamanı Baş prokuror tərəfindən xarici həmkarlarla ikitərəfli görüşlər də keçirilib.

BMT-nin Baş katibinin müavini, Narkotiklər və Cinayətkarlıq üzrə İdarənin icraçı direktoru və Vyana ofisinin rəhbəri Qada Vali ilə keçirilmiş ikitərəfli görüşdə ölkəmizlə qurum arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərin yüksək səviyyədə olması qeyd edilərək birgə əməkdaşlıq formasında həyata keçirilmiş tədbirlər, o cümlədən ötən il noyabrın 13-də COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi (BMTNCİ) tərəfindən təşkil olunan, həmçinin, Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən həmsədrlik edilən "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyanın, cari ilin may ayında Bakı şəhərində BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan qurumların qlobal əməliyyat şəbəkəsinin (GlobE) 6-cı iclasının yüksək səviyyədə təşkili xatırlanıb və buna görə ev sahibi kimi ölkəmizə təşəkkür bildirilib.

Həmçinin qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi və ikitərəfli əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, tərəflər gələcəkdə birgə həyata keçirilməsi nəzərdə tutulan digər layihələr barədə fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, Misirin Baş prokuroru Şevki Fethi Ayadla keçirilmiş görüş zamanı ölkələrimiz arasında mövcud dostluq və qardaşlıq münasibətləri qeyd edilərək hüquqi əməkdaşlıq və təcrübə mübadiləsi sahəsində konkret təkliflər müzakirə edilib.

Bəhreynin Baş prokuroru Ali Fadl Al-Buainain ilə görüş zamanı qurumlar arasında uzunmüddətli və məhsuldar əməkdaşlıq əlaqələri xatırlanaraq, həmçinin regional layihələr çərçivəsində yeni təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.İraqın Baş prokuroru Nacm Abdullah Əhmədlə görüşdə iki ölkənin prokurorluq orqanları arasında əlaqələrin qurulması, qarşılıqlı əməkdaşlığın perspektiv sahələri qeyd edilib.

Bundan əlavə, Mərakeşin Korrupsiyaya qsrşı mübarizə üzrə milli idarəsinin rəhbəri Məhəmməd Benalilou və Pakistanın ixtisaslaşmış korrupsiyaya qarşı mübarizə qurumu olan Milli Hesabatlılıq Bürosunun sədri Nazir Əhməd Butt ilə də ikitərəfli görüşlər keçirilib. Görüşlərdə ölkələrimiz arasında yüksək səviyyəli münasibətlər, hüquq-mühafizə orqanlarının əməkdaşlığı, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsi məsələləri müzakirə olunub. Tərəflər, həmçinin transsərhəd cinayətkarlıq və digər çağırışlarla mübarizədə birgə fəaliyyətin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

İkitərəfli görüşlər zamanı cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım, ekstradisiya, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, korrupsiya cinayətləri və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında da səmərəli fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüşlərdə Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev də iştirak edib.

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri başa çatıb.скачать dle 10.6фильмы бесплатно


217

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.