• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Numan Kurtulmuş: Türkiyə-Azərbaycan-Pakistan parlamentləri arasında dialoq müasir çağırışlar fonunda xüsusi əhəmiyyətə malikdir

13-10-2025, 15:00 | Baxılıb: 182
“Numan Kurtulmuş: Türkiyə-Azərbaycan-Pakistan parlamentləri arasında dialoq müasir çağırışlar fonunda xüsusi əhəmiyyətə malikdir

Üç qardaş dövlətin – Türkiyə, Azərbaycan və Pakistanın parlamentləri arasında üçtərəfli qarşılıqlı fəaliyyət mexanizmi daha davamlı və institusional səviyyəyə qaldırılmalıdır.
Diaspor.info xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş bazar ertəsi, oktyabrın 13-də Pakistan, Azərbaycan və Türkiyə parlamentləri sədrlərinin İslamabadda keçirilən üçtərəfli görüşündə çıxışı zamanı deyib.

Kurtulmuş bu formatda ilk görüşün 2021-ci ildə Bakıda keçirildiyini və həmin tədbirin “üç ölkənin tarixi dostluq və əməkdaşlığının möhkəmləndirilməsi istiqamətində daha bir körpüyə çevrildiyini” xatırladıb.

TBMM spikerinin sözlərinə görə, Türkiyə, Azərbaycan və Pakistan arasında parlamentlərarası dialoqun əhəmiyyəti üç ölkənin həm regionda, həm də beynəlxalq aləmdə üzləşdiyi çağırış və təhdidlər fonunda xüsusilə yüksəkdir. O, həmçinin qonşu Əfqanıstandan gələn qeyri-qanuni miqrasiya axınlarını və narkotik ticarətini müasir Pakistanın üzləşdiyi təhlükələr kimi qeyd edib.

“Ölkələrimiz arasında hərbi və müdafiə sahələrində, o cümlədən hərbi-sənaye kompleksində əməkdaşlıq bizə gələcəkdə problemlərin genişlənməsini önləmək və təhlükələrin qarşısını almaq üçün daha operativ addımlar atmağa imkan verəcək”, - deyən N.Kurtulmuş Ankaranın terrorla mübarizədə İslamabadla həmrəy olduğunu vurğulayıb.

Cənubi Qafqazdakı vəziyyətə gəlincə, Türkiyə parlamentinin sədri Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsini “tarixi ədalətin təntənəsi” adlandırıb. O qeyd edib ki, hazırda Cənubi Qafqazda müsbət irəliləyişlər baş verir və Zəngəzur dəhlizinin işə salınması region ölkələri arasında sıx iqtisadi və siyasi əlaqələri stimullaşdıracaq, habelə Orta Dəhlizin strateji əhəmiyyətini artıracaq.

Türkiyə parlamenti sədrinin sözlərinə görə, nəqliyyat, rabitə, enerji, ticarət kimi sahələrdə birgə layihələr Ankara, Bakı və İslamabad arasında əməkdaşlıq üçün xüsusi əhəmiyyət kəsb edir.скачать dle 10.6фильмы бесплатно


182

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.