• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Düşənbə görüşü ölkəmizin növbəti diplomatik uğurudur

13-10-2025, 20:00 | Baxılıb: 389
“Düşənbə görüşü ölkəmizin növbəti diplomatik uğurudur

Düşənbə görüşü ölkəmizin növbəti diplomatik uğurudur

Azərbaycanın regional və beynəlxalq siyasətdə mövqeyi daha da möhkəmlənir. Bunu Düşənbədə keçirilən Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında görmək oldu.
Oktyabrın 10-da Düşənbədə keçirilən Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident İlham Əliyevin çıxışı Azərbaycanın regional və beynəlxalq arenada artan nüfuzunun növbəti təzahürü oldu. Bu çıxış həm siyasi, həm diplomatik, həm də humanitar aspektlərdən çoxqatlı məna daşıyır. Prezidentin səsləndirdiyi hər bir fikir Azərbaycanın MDB məkanında qarşılıqlı hörmət, əməkdaşlıq və sülh dəyərlərinə sadiqliyinin bariz ifadəsidir.
İclasda dövlət başçımızın qardaş Tacikistan xalqına və onun rəhbərinə ünvanladığı təbrik sözləri bir daha göstərdi ki, Azərbaycan diplomatiyası milli maraqlarla yanaşı, dostluq və tərəfdaşlıq prinsipinə əsaslanır.
Prezident İlham Əliyev çıxışında xüsusi olaraq vurğuladı ki, Azərbaycan və Tacikistan arasında münasibətlər dostluq, qardaşlıq və qarşılıqlı dəstəyə əsaslanır. Son illərdə bu münasibətlər yeni dinamika qazanıb, iqtisadi-ticarət əlaqələri genişlənib, humanitar və mədəni sahələrdə qarşılıqlı layihələr həyata keçirilib.
Azərbaycan və Tacikistan prezidentlərinin mütəmadi görüşləri, qarşılıqlı səfərləri və imzalanmış sazişlər bu münasibətləri strateji əməkdaşlıq səviyyəsinə yüksəldib. Bu əməkdaşlıq təkcə iki ölkə arasında deyil, həm də MDB məkanında ortaq inkişaf modelinin formalaşmasına xidmət edir.
Prezident İlham Əliyevin Düşənbədə söylədiyi fikirlər bu münasibətlərin qarşılıqlı etimad və dostluq üzərində qurulduğunu bir daha təsdiqlədi: “Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlər ardıcıl inkişaf edir. Onlar qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir.”
Öz çıxışında Prezident İlham Əliyev Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiklərinə görə MDB dövlət başçılarına təşəkkürünü bildirib.
Eyni zamanda ölkə başçısı öz çıxışında humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə də toxunub. Bildirib ki, “Bu ilin iyununda Laçında “MDB-nin mədəniyyət paytaxtı İli”nin açılış mərasimi keçirildi, Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında məlumat verildi. Tədbirin qonaqları Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra sürətli dirçəlişinin əyani şəkildə şahidi oldular. Tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib”.
Beləliklə, regional balanslaşmaların əhəmiyyətini önə çəkən Prezident İlham Əliyevin Düşənbə sammitindəki çıxışı digər beynəlxalq qurumlarda olduğu kimi, bu siyasi platforma çərçivəsində də ölkəmizin önəmli rolunu qorumaq niyyətində və gücündə olduğunun ifadəsidir. Bu, Azərbaycan ilk növbədə Qafqaz, Orta Asiya, postsovet məkanlarında öz mövqeyinin daha da möhkəmləndirilməsini hədəfləyir.
Düşənbə görüşü ölkəmizin növbəti diplomatik uğurudur
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 скачать dle 10.6фильмы бесплатно


389

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.