• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

5-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” sərgisinin iştirakçılarına

14-10-2025, 12:00 | Baxılıb: 181
“5-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” sərgisinin iştirakçılarına

Hörmətli sərgi iştirakçıları!

Sizi 5-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı”‒ “Rebuild Karabakh” sərgisinin açılışı münasibətilə səmimi-qəlbdən salamlayıram.

Bu il biz “Xəzər İnşaat Həftəsi” çərçivəsində 5-ci “Rebuild Karabakh” və 30-cu “Azərbaycan Beynəlxalq İnşaat “Baku Build” yubliyey sərgilərini keçiririk.

Builki 5-ci “Rebuild Karabakh” sərgisi Azərbaycan Respublikasının dövlətçilik tarixində əlamətdar bir dövrə – suverenliyimizin və milli birliyimizin təcəssümü olan mühüm ildönümlərinə təsadüf edir. Biz Konstitusiyamızın qəbulunun otuz illiyini və Vətən müharibəsində qazandığımız tarixi Zəfərin beş illiyini böyük qürur hissi ilə qeyd edirik. Əldə etdiyimiz bütün bu nailiyyətlər xalqımızın sarsılmaz iradəsini, həmrəyliyini və strateji hədəflərə doğru irəliləmək əzmini təsdiq etməklə yanaşı, bizi həm də yeni bir missiya – Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi ətrafında səfərbər edir.

Hazırda “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə uğurla aparılan genişmiqyaslı bərpa və quruculuq işləri regionun simasını köklü şəkildə dəyişir. Müasir şəhərsalma konsepsiyalarına uyğun şəhərlər salınır, yeni məktəblər, xəstəxanalar, yol-nəqliyyat və kommunikasiya infrastrukturu inşa olunur, iş yerləri açılır, yaşıl enerji zonaları və sənaye parkları yaradılır. Qarabağ artıq yalnız milli qürurumuzun rəmzi deyil, həm də XXI əsrin dayanıqlı inkişaf məkanı kimi formalaşır.

“Rebuild Karabakh” sərgisinin yerli və beynəlxalq iştirakçılar üçün əhəmiyyətinin ildən-ilə artması məmnunluq doğurur. Sərgidə müasir texnologiyalar və qabaqcıl innovativ həllər təqdim olunur, birgə layihələr və tərəfdaşlıq imkanları müzakirə edilir, regionun sosial-iqtisadi inkişafı üçün gələcəyə yönələn yeni fürsətlər yaradılır. Artıq beşinci dəfə keçirilən bu tədbir Azərbaycanın əldə etdiyi nailiyyətləri dünyaya nümayiş etdirməklə yanaşı, ölkəmizin qlobal miqyasda investisiya, texnologiya və innovasiya mərkəzi kimi mövqeyini daha da möhkəmləndirir.

Hər il keçirilən bu mötəbər sərgi davamlı quruculuğun, tərəqqinin və sülhün reallığını təcəssüm etdirən, eyni zamanda, gələcəyə istiqamətlənmiş önəmli tədbirdir. Burada qurulan tərəfdaşlıqlar insanlar və xalqlar arasında qarşılıqlı etimadı möhkəmləndirir, yeni əməkdaşlıq körpüləri yaradır və Qarabağı dayanıqlı inkişaf gündəliyinin mərkəzinə çevirir.

Əminəm ki, bu sərgi bütün iştirakçılar arasında tərəfdaşlıq münasibətlərinin qurulmasına, müasir inkişaf və investisiya təşəbbüslərinin müəyyən edilməsinə təkan verərək Qarabağın, eləcə də bütün regionun dirçəldilməsi baxımından bundan sonra da vacib rol oynayacaqdır.

Bu xoş fürsətdən istifadə edərək, 5-ci yubiley sərgisi münasibətilə bütün təşkilatçıları və iştirakçıları bir daha ürəkdən təbrik edir, “Rebuild Karabakh” sərgisinə qarşıdakı illərdə də uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram.



İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 oktyabr 2025-ci ilскачать dle 10.6фильмы бесплатно


181

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.