• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

İğdırda Dədə Qorqud irsi yad edilib

15-10-2025, 18:30 | Baxılıb: 268
“İğdırda Dədə Qorqud irsi yad edilib

İğdırda Dədə Qorqud irsi yad edilib
İğdırda “Türk dünyasının ortaq mədəni irsi: Dədə Qorqud” adlı beynəlxalq elmi konfrans baş tutub. Tədbir Diasporla İş üzrə Dövlət Komitəsi, İğdır Universiteti, Naxçıvan Dövlət Universiteti, İğdır Azərbaycan Evi və Azərbaycanın Qarsdakı Baş Konsulluğunun birgə təşkilatçılığı ilə keçirilib.
Konfransda alimlər, rəsmi qurumların nümayəndələri, QHT və media təmsilçiləri, tələbələr iştirak ediblər.
Tədbir hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi və şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb, sonra “Dədə Qorqudun izində, sözündə” sənədli filmi nümayiş olunub.
İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar Dədə Qorqudun Türk dünyası üçün mənəvi və mədəni əhəmiyyətindən danışıb: “Bu gün biz təkcə elmi bir toplantı keçirmirik, həm də ortaq mədəniyyətimizin əsas dayaqlarından biri olan Dədə Qorqudu tarixi və ədəbi yönləri ilə yenidən dəyərləndiririk”.
İğdır valisi Ercan Turan onu “Türk millətinin mənəvi mənbə kodu” adlandırıb, İğdır Universitetinin rektoru, professor Ekrem Gürel və Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Dədə Qorqud irsinin ortaq yaddaşda xüsusi yerə sahib olduğunu qeyd ediblər.
Azərbaycanın Qarsdakı Baş konsulu Zamin Əliyev isə Dədə Qorqudun beynəlxalq səviyyədə tanınan və qorunan bir dəyər olduğunu vurğulayaraq, bunun bütün türk xalqları üçün qürur mənbəyi adlandırıb.
Tədbir panel iclası ilə davam edib. Dosentlər Oğuz Doğan və İsmayıl Abalının moderatoru olduğu iclasda Kamal Abdulla, professorlar Metin Ekici, Ramazan Korkmaz, Esma Şimşek, Səlahəddin Bəkki, Ayşə Çətin, Mehmet Çeribaş və Refiye Şenesen Dədə Qorqudun şəxsiyyəti və türk dünyasındakı rolu barədə məruzələrlə çıxış ediblər.
Sonda iştirakçılara hədiyyə və sertifikatlar verilib və “Türkiyə–Azərbaycan qardaşlıq türküləri” adlı musiqi proqramı təqdim olunub.

İğdırda Dədə Qorqud irsi yad edilib
İğdırda Dədə Qorqud irsi yad edilib
İğdırda Dədə Qorqud irsi yad edilib
İğdırda Dədə Qorqud irsi yad edilib
İğdırda Dədə Qorqud irsi yad edilib
İğdırda Dədə Qorqud irsi yad edilib
İğdırda Dədə Qorqud irsi yad edilib
İğdırda Dədə Qorqud irsi yad edilib
İğdırda Dədə Qorqud irsi yad edilib
скачать dle 10.6фильмы бесплатно


268

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.