• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan və Macarıstan arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

15-10-2025, 23:00 | Baxılıb: 191
“Azərbaycan və Macarıstan arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Budapeşt şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Macarıstan Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi arasında siyasi məsləhətləşmələrin birinci iclası keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Diaspor.info-ya bildirilib ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Macarıstan nümayəndə heyətinə isə xarici işlər və ticarət nazirinin müavini Boqlarka İlles rəhbərlik edib.

Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, eləcə də ölkəmiz tərəfindən həyata keçirilən strateji enerji və nəqliyyat layihələri ilə bağlı müzakirələr aparılıb.

Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində mövcud səmərəli əməkdaşlığın daha da genişləndirilməsinin perspektivlərinə toxunulub. Bu çərçivədə, cari il mayın 21-də Budapeştdə TDT-nin qeyri-rəsmi Zirvə toplantısına yüksək səviyyədə ev sahibliyi etdiyinə görə Macarıstana təşəkkür edilib, oktyabrın 7-də Qəbələ şəhərində keçirilmiş TDT-nin 12-ci Zirvə Görüşündə aparılmış müzakirələr və qəbul edilmiş qərarların əhəmiyyəti vurğulanıb.

Məsləhətləşmələr zamanı Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında cari il avqustun 8-də Vaşinqton şəhərində keçirilmiş görüşün nəticələri təqdir olunub, bölgədə sülhün yaradılması, regional əməkdaşlığın perspektivləri haqqında qarşı tərəfə məlumat verilib.

İşğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi, habelə bərpa və yenidənqurma işlərinə Macarıstanın göstərdiyi dost dəstəyinə görə minnətdarlıq ifadə olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər qlobal, regional və ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində F.Rzayev, həmçinin Macarıstanın digər bir sıra rəsmi şəxsləri ilə işgüzar görüşlər keçirib, eləcə də aparıcı araşdırma mərkəzlərinin nümayəndələri ilə dəyirmi masa formatında baş tutan müzakirələrdə iştirak edib.скачать dle 10.6фильмы бесплатно


191

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.