• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ombudsman Səbinə Əliyeva beynəlxalq konfransda çıxış edib

17-10-2025, 11:00 | Baxılıb: 327
“Ombudsman Səbinə Əliyeva beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Malta Respublikasında “Mürəkkəb dövrdə yaxşı idarəçiliyin dəstəklənməsi: Ombudsmanın rolu” mövzusuna həsr olunmuş beynəlxalq konfransda iştirak edib.

Ombudsman Aparatından Diaspor.info-ya verilən məlumata görə, Maltanın dövlət və hökumət rəsmilərinin, xarici ölkələrin ombudsman və milli insan hüquqları təsisatlarının iştirak etdiyi tədbirdə çıxışı zamanı müvəkkil etik idarəetmə və yaxşı idarəçilik prinsiplərinin gücləndirilməsinin müasir dövrdə ictimai etimadın qorunması baxımından aktual məsələlərdən biri olduğunu qeyd edib.

S.Əliyeva çıxışında idarəetmə etikasının gücləndirilməsinin dövlət orqanlarının fəaliyyətinə ictimai etimadı möhkəmləndirdiyini və yaxşı idarəçiliyin davamlılığını təmin etdiyini bildirib. O, idarəetmə etikası ilə birlikdə qanunun aliliyi və insan hüquqlarına hörmət anlayışlarının həyata keçirilməsinin təşviqinin Ombudsman təsisatlarının əsas fəaliyyət istiqamətlərindən olduğunu da vurğulayıb.

Müvəkkil ölkəmizdə işgüzar idarəetmə etikası və yaxşı idarəçilik prinsiplərinin möhkəmləndirilməsinin dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu və Azərbaycan ombudsmanının müvafiq istiqamətdə ardıcıl fəaliyyət göstərdiyini, dövlət proqramlarında, milli fəaliyyət planlarında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə mandatı çərçivəsində töhfə verdiyini söyləyib.

Ombudsman illik məruzəsində, habelə aidiyyəti dövlət qurumlarına təqdim olunan sorğu, təklif və tövsiyələrində idarəetmə etikasının inkişafı məqsədilə tamlıq, şəffaflıq və yaxşı idarəçilik prinsiplərinin möhkəmləndirilməsi və təkmilləşdirilməsi istiqamətində mühüm addımların öz əksini tapdığını vurğulayıb.

Səbinə Əliyeva müasir dövrdə qloballaşmanın və texnologiya sahəsinin, xüsusilə süni intellektin inkişafının idarəetmə etikasının təmin edilməsini daha da aktuallaşdırdığını bildirib. Ombudsman bu çağırışlara adekvat cavab olaraq rəqəmsal resurslardan geniş istifadə etməklə, ictimaiyyətin məlumatlandırılması və vətəndaşların müraciət imkanlarının asanlaşdırılması istiqamətində təşəbbüslərin həyata keçirildiyini diqqətə çatdırıb.

Səfər çərçivəsində Maltanın Prezidenti xanım Miriam Spiteri Debono ombudsman Səbinə Əliyevanı və konfransın digər iştirakçılarını qəbul edib.

Ombudsman, eyni zamanda, konfransda iştirak etmiş rəsmi şəxslərlə görüşlər keçirib.скачать dle 10.6фильмы бесплатно


327

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.