• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

İtaliya mətbuatı Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikana rəsmi səfərini geniş işıqlandırıb

20-10-2025, 20:00 | Baxılıb: 256
“İtaliya mətbuatı Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikana rəsmi səfərini geniş işıqlandırıb

İtaliyanın aparıcı media resursları Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca rəsmi səfərini diqqət mərkəzində saxlayıb.
Diaspor.info xəbər verir ki, “Giornale Diplomatico”,“Notizie Geopolitiche”,“il Domani d`Italia”, “Gazzetta Diplomatica”,“Kmetro0”, “il Denaro”, “Radio Studio90 Italia”,“Tele Citta”, “MSN” və “ZaZoom” kimi saytların və xəbər portallarının yaydığı materiallarda Birinci vitse-prezident Mehriban Əliyevanın səfər çərçivəsində müxtəlif mühüm görüşlər keçirdiyi və tədbirlərdə iştirak etdiyi bildirilir.

Diqqətə çatdırılır ki, Azərbaycanın Birinci vitse-prezidentinin Roma Papası XIV Leo ilə görüşündə ölkəmizlə Vatikan arasında ikitərəfli əlaqələrin xeyli inkişaf etdiyi vurğulanıb. Görüşdə Müqəddəs Taxt-Tacın Azərbaycandakı Katolik Kilsəsinin fəaliyyəti və ikinci Katolik Kilsəsinin tikintisi ilə əlaqədar aparılan hazırlıq işləri barədə məlumat verilib. XIV Leo Azərbaycan ilə qurulan bu əməkdaşlığın dinlərarası və sivilizasiyalararası dialoqa böyük təkan verdiyini deyib.

Birinci vitse-prezident Mehriban Əliyeva ilə Vatikanın dövlət katibi kardinal Pietro Parolinin görüşündə isə ikitərəfli münasibətlərin müsbət inkişafından məmnunluq ifadə olunub. Pietro Parolin Bakıda ikinci Katolik Kilsəsinin tikintisini təqdirəlayiq hal kimi qiymətləndirib, bunun Azərbaycanda bütün dinlərə göstərilən qayğı və hörmətin təzahürü olduğunu vurğulayıb. Vatikanın dövlət katibi Ermənistanla Azərbaycan arasında sülh sazişinin paraflanması münasibətilə ölkəmizi təbrik edib, Vatikanın regionda sülhün bərqərar olmasını birmənalı şəkildə dəstəklədiyini deyib.

Yazılarda məlumat verilir ki, səfər çərçivəsində Azərbaycanın Birinci vitse-prezidenti və ailə üzvləri Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Kommodilla katakombalarının bərpası layihəsinin açılış mərasimində iştirak edib, həyata keçirilmiş bərpa işləri ilə tanış olublar. Katakombaların bərpası layihəsinin Vatikan ilə Azərbaycan arasında çoxillik əməkdaşlığın yeni mərhələsi olduğu qeyd edilir.Birinci vitse-prezident Mehriban Əliyevanın, həmçinin Müqəddəs Pavel Bazilikasının baş keşişi kardinal Ceyms Harvi ilə görüşdüyü, bazilikada Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən bərpa və tikinti işləri ilə tanış olduğu diqqətə çatdırılır. Azərbaycanın Birinci vitse-prezidentinin Avropanın ən böyük pediatrik “Bambino Gesu” xəstəxanasında molekulyar-genetika və klinik diaqnostika laboratoriyaları ilə tanış olduğu, Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşdüyü və birlikdə Vatikan bağlarında ağacəkmə mərasimində iştirak etdikləri bildirilir.

Bundan başqa, Birinci vitse-prezident Mehriban Əliyevanın Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanda Müqəddəs Pyotr Bazilikasında həyata keçirilmiş bərpa işləri ilə tanış olduğu, Vatikan Apostol Kitabxanası və Apostol Arxivinə baş çəkdiyi, Vatikanın dövlət katibi kardinal Pietro Parolinlə birgə Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin rəsmi açılışında iştirak etdiyi vurğulanır.скачать dle 10.6фильмы бесплатно


256

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.