• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Strateji tərəfdaşlığın inkişafı üçün böyük əhəmiyyətə malik olan səfər

21-10-2025, 14:30 | Baxılıb: 310
“Strateji tərəfdaşlığın inkişafı üçün böyük əhəmiyyətə malik olan səfər

Strateji tərəfdaşlığın inkişafı üçün böyük əhəmiyyətə malik olan səfər

Ölkəmiz öz xarici siyasətində Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərin genişlənməsinə xüsusi əhəmiyyət verir. Mərkəzi Asiya ölkələri ilə əlaqələrin gücləndirilməsi həm Türk dünyasında birliyin möhkəmlənməsinə, həm də regional təhlükəsizliyin, iqtisadi inteqrasiyanın və enerji əməkdaşlığının dərinləşməsinə xidmət edir.
Son illərdə Prezident İlham Əliyevin Mərkəzi Asiya dövlətlərinə, eləcə də bu ölkələrin dövlət başçılarının Azərbaycana səfərləri intensiv xarakter alıb. Bu qarşılıqlı səfərlər nəticəsində ikitərəfli və çoxtərəfli formatlarda mühüm sənədlər imzalanıb, yeni əməkdaşlıq istiqamətləri müəyyən edilib. Siyasi əlaqələrlə yanaşı, iqtisadi, nəqliyyat, enerji, humanitar və mədəni sahələrdə də münasibətlər daha da genişlənib.
Azərbaycanın xüsusilə sıx və tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri Qazaxıstandır. Azərbaycanın və Qazaxıstanın strateji tərəfdaşlıq münasibətləri həm ikitərəfli, həm də Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq qurumlar çərçivəsində uğurla inkişaf edir.
Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaq dəyərlər iki ölkənin münasibətlərinin əsasını təşkil edir. Bu dəyərlər əsrlər boyu formalaşıb, xalqlarımız arasında qarşılıqlı hörmətin və dostluğun möhkəmlənməsinə xidmət edib. Hazırda Qazaxıstanda iki yüz minə yaxın azərbaycanlı yaşayır və onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində fəal çalışır, Qazaxıstanın ictimai-siyasi həyatında yaxından iştirak edərək iki xalq arasında dostluq və qardaşlıq münasibətlərinin daha da güclənməsinə töhfə verirlər.
Son üç il ərzində Prezident İlham Əliyevin Qazaxıstana yeddi, Prezident Kasım-Jomart Tokayevin isə Azərbaycana altı dəfə səfər etmələri iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu göstərir. Bu intensiv qarşılıqlı səfərlər Azərbaycan və Qazaxıstan arasında siyasi dialoqun davamlı xarakter daşıdığını və liderlər səviyyəsində etimadın möhkəm olduğunu sübut edir.
Bu istiqamətdə Prezident İlham Əliyevin oktyabrın 20-də Qazaxıstan Respublikasına dövlət səfəri xüsusi əhəmiyyətə malikdir. Səfər ərəfəsində ölkə başçısının Qazaxıstanın “Kazinform” agentliyinə verdiyi müsahibə göstərdi ki, Bakı ilə Astana arasındakı münasibətlər yalnız diplomatik deyil, həm də strateji və dəyərlərə söykənən qardaşlıq modelidir. Azərbaycan–Qazaxıstan əlaqələri bu gün Türk dünyasının ən etibarlı sütunlarından birinə çevrilib. Müsahibədə səsləndirilən fikirlərdən iki ölkə arasında həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə qarşılıqlı etimadın gücləndiyi açıq şəkildə hiss olunur.
Oktyabrın 21-də iki dövlət başçısının təkbətək görüşü keçirilib. Görüşdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev söyləyib ki, “Qazaxıstan və Azərbaycan təkcə dost dövlətlər deyil, həm də qardaş xalqlar və millətlərdir. Ona görə də Sizin ölkənizlə çoxşaxəli əməkdaşlığın inkişafı bizim üçün böyük prioritetdir”.
“Üstəlik, Azərbaycan Sizin güclü liderliyinizlə öz mövqelərini xeyli möhkəmləndirib, beynəlxalq arenada nüfuzunu artırıb və dünyanın sizə aid hissəsində regional güc kimi çox mühüm rol oynayır”, - deyə o əlavə edib.
Prezident İlham Əliyev qardaş ölkənin həm sosial-iqtisadi inkişafda, həm də beynəlxalq mövqelərin möhkəmləndirilməsində uğurlarına sevindiyini qeyd edib. Prezident bildirib ki, “Bu gün Qazaxıstan yüksək inkişaf səviyyəsi nümayiş etdirir. Ölkədə ictimai-siyasi sabitlik təmin olunur, iqtisadiyyat güclənir. Biz Sizin həyata keçirdiyiniz islahatları maraqla müşahidə edirik və ölkənin modernləşdirilməsinə, onun potensialının möhkəmləndirilməsinə yönəlmiş kursunuzu tam dəstəkləyirik”.
Astanadakı görüş çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə “Orta dəhlizin inkişafı” (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatı olub. Təqdimat mərasimində qeyd edilib ki, Çin və Orta Asiya ölkələrini Avropa dövlətləri ilə birləşdirməkdə əsas nəqliyyat-logistika marşrutu olan Orta dəhliz regional və qitələrarası ticarətin möhkəmlənməsində strateji rol oynayır. Vurğulanıb ki, Çindən Azərbaycana daşımaların həcmi getdikcə çoxalır və 2030-cu ilədək bunun hazırkı dövrlə müqayisədə 3 dəfə artması proqnozlaşdırılır. Bu isə öz növbəsində layihənin əhəmiyyətini daha da artırır.
Daha sonra hər iki dövlət başçısının iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin mübadiləsi mərasimi olub, prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər. Mətbuata bəyanatında Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, Qazaxıstan inkişaf və modernləşmə yolu ilə inamla irəliləyir. Son illər Prezident Kasım-Jomart Tokayevin həyata keçirdiyi islahatlar, modernləşmə kursu, müasir texnologiyaların, o cümlədən süni intellektin inkişafı Qazaxıstanın inkişaf və modernləşmə yolu ilə inamla irəlilədiyini nümayiş etdirir. Dövlətimizin başçısı Qazaxıstanın beynəlxalq nüfuzu da möhkəmləndiyini xüsusi vurğulayıb.
Prezident İlham Əliyev bildirilib ki, Bakı və Astananın fəal qarşılıqlı fəaliyyəti ciddi geosiyasi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı diqqətə çatdırıb: “Bu gün ölkələrimiz arasında aktiv qarşılıqlı fəaliyyət həm də çox mühüm geosiyasi əhəmiyyətə malikdir. Bu gün yeni nəqliyyat marşrutları açıldıqca, daha geniş Avrasiya regionunda birləşdirici layihələr həyata keçirildikcə, Qafqaz və Mərkəzi Asiya daha sıx əlaqələndikcə və tez-tez vahid coğrafi məkan çərçivəsində fəaliyyət göstərdikcə, bütün bunlar qarşılıqlı fəaliyyətin konkret nəticələr verməsini təmin etmək üçün daimi diqqət və təbii ki, dövlət başçılarının iştirakını tələb edir”.
Azərbaycan–Qazaxıstan münasibətləri, sadəcə, dostluq deyil, həm də siyasi sabitliyin, iqtisadi rasionalizmin və mədəni birliyin sintezidir. Bu əməkdaşlıq modeli türk dövlətlərinin artıq tarixi deyil, gələcəyi birgə qurduğunu göstərir. Prezident İlham Əliyev bir daha sübut etdi ki, Azərbaycan regionda təkcə iştirakçı dövlət deyil, eyni zamanda, istiqamət verən siyasi mərkəzidir.

Strateji tərəfdaşlığın inkişafı üçün böyük əhəmiyyətə malik olan səfər

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvüскачать dle 10.6фильмы бесплатно


310

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.