• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Astanada Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib

21-10-2025, 19:00 | Baxılıb: 256
“Astanada Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib

Oktyabrın 21-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib.

Diaspor.info xəbər verir ki, əvvəlcə Qazaxıstan Prezidenti çıxış etdi:

Prezident Kasım-Jomart Tokayevin

çıxışı

-Hörmətli İlham Heydər oğlu.

Hörmətli həmkarlar.

Əvvəlcə Sizi Qazaxıstan Respublikasına rəsmi dövlət səfərində bir daha salamlamaq istərdim. Bu səfər çox mühüm, deyə bilərəm ki, strateji tərəfdaşlığın, müttəfiqlik münasibətlərinin, nəhayət, qardaş xalqlarımız və dövlətlərimiz arasında dostluğun möhkəmlənməsi baxımından çox mühüm əhəmiyyətə malikdir.

Sizi Ali Dövlətlərarası Şuranın ikinci iclasında salamlayıram. Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin bu formatı etimada və qarşılıqlı dəstəyə əsaslanan Qazaxıstan-Azərbaycan münasibətlərinin xüsusi statusunu təsdiqləyir. Şura ikitərəfli əməkdaşlığın bütün istiqamətləri üzrə razılaşdırılmış qərarların işlənib hazırlanması üçün səmərəli platforma kimi çıxış edir.

Azərbaycan Qazaxıstan üçün xüsusi ölkə, qardaş dövlətdir. Bizi ortaq tarixi köklər, zəngin mənəvi-mədəni irs, nəhayət, uyğun mentalitet, hadisələrə, vəziyyətin inkişafına baxış birləşdirir. Bu möhkəm zəmində çoxtərəfli əməkdaşlığımızı uğurla inkişaf etdiririk.

İlham Heydər oğlu, Sizin dövlət səfərinizə xüsusi əhəmiyyət verirəm. Biz artıq mahiyyətcə ən açıq, sərbəst ab-havada fikir mübadiləsinə başladıq. Çox şadam ki, gündəliyin bütün əsas məsələləri üzrə - istər ikitərəfli əməkdaşlıq, istərsə də beynəlxalq münasibətlər üzrə ortaq məxrəcə gəlirik. Bu gün mətbuat konfransında bu mövzuya bir daha toxunacağam, çünki Sizin həm öz dövlətinizin rifahı naminə, həm də əlbəttə ki, beynəlxalq şəraitin sağlamlaşdırılması üçün fəaliyyətinizə və gördüyünüz işlərə dair öz nöqteyi-nəzərimi çatdırmağı zəruri hesab edirəm.

Sizin səfərinizin ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Müqavilənin 20-ci ildönümünə təsadüf etməsi rəmzi məna daşıyır. Biz bu illər ərzində fəal siyasi dialoq qurmuşuq, iqtisadi-ticari və mədəni-humanitar qarşılıqlı fəaliyyətin davamlı inkişafı üçün möhkəm müqavilə-hüquqi baza yaratmışıq. Belə bir kompleks, ardıcıl iş iki dövlətin vətəndaşları tərəfindən tam dəstəklənir.

Hörmətli İlham Heydər oğlu, Qazaxıstan-Azərbaycan münasibətlərinin hazırkı yüksək səviyyəsi, ilk növbədə, Sizin şəxsi töhfəniz sayəsindədir. Mən Sizin bu məsələyə daimi dəstək və diqqətinizi dərindən, yüksək qiymətləndirirəm. Müasir Azərbaycanın bütün möhtəşəm nailiyyətləri Sizin qurucu, güclü liderliyinizlə ayrılmaz şəkildə bağlıdır.etmişik və buna görə Sizə çox minnətdarıq.

Bu gün Azərbaycan ilə Ermənistan arasında sülh dövrü başlayır, hətta deyərdim ki, artıq yeni mərhələ başlayıb. Sonuncu hərbi toqquşmalardan ötən cəmi iki ildən az bir müddətdə sülh sazişinin paraflanması ondan xəbər verir ki, hər iki ölkə kifayət qədər yüksək siyasi iradə nümayiş etdirib. Əlbəttə, ABŞ Prezidenti Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasında rolu ən yüksək qiymətə layiqdir.

Avqustun 8-də Vaşinqtonda keçirilən sammit mahiyyətcə çoxillik münaqişəyə son qoydu və inkişaf, o cümlədən geniş regional kontekstdə - Avrasiya qitəsində tərəqqi üçün böyük perspektivlər açır.Biz, həmçinin bu gün Orta Dəhliz üzrə keçirilən qısa təqdimat çərçivəsində fikir mübadiləsi apardıq. Bu gün bu istiqamətdə diskussiyaları hələ davam etdirəcəyik. Zəngəzur dəhlizinin yaxın illərdə açılması nəqliyyat və logistika ilə bağlı məsələlərdə ötürücülük qabiliyyətini xeyli artıracaq.

Bu yaxınlarda Hökumətlərarası Komissiyanın müsbət iclası oldu. İqtisadi-ticari əlaqələrin möhkəmləndirilməsi üzrə ciddi nailiyyətlər əldə olunub, əmtəə dövriyyəsi artır və bu, təbii ki, bizi çox sevindirir. Təsis etdiyimiz Birgə İnvestisiya Fondu da böyük potensiala malikdir. Artıq həyata keçirilmə mərhələsində olan bir neçə layihə mövcuddur və konkret layihələrin nəzərdən keçirilməsi, Birgə İnvestisiya Fondu mexanizmi ilə müştərək maliyyə ilə bağlı təkliflər var.

Həmçinin Qarabağ bölgəsinin bərpasına göstərilən dəstəyə görə təşəkkürümü bildirmək istərdim. Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi artıq aktiv fəaliyyət göstərir. Biz onu Sizinlə birlikdə açdıq, Qarabağ bölgəsinin inkişafı və bərpası işinə belə bir töhfəyə görə çox minnətdarıq. Hazırda bu Mərkəzdə 100-ə yaxın uşaq təhsil alır və təbii ki, o, praktiki funksiyaları ilə yanaşı, həm də Qazaxıstan-Azərbaycan dostluğunun daha bir ocağıdır.

Humanitar əməkdaşlığa gəldikdə, keçən il və ondan əvvəlki illərdə Azərbaycanda Qazaxıstan Mədəniyyəti Günlərinin və Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsini qeyd edərdim. Hesab edirəm ki, bu cür tədbirlər mütəmadi, daimi xarakter daşımalıdır. Ola bilər ki, həm paytaxtlarda, həm də bütün regionlarda müntəzəm mədəniyyət günlərinin keçirilməsi üzrə mədəni qarşılıqlı fəaliyyətin yol xəritəsi hazırlansın.

Həmçinin energetika sektorunun inkişafında, ənənəvi və bərpaolunan mənbələr üzrə böyük potensiala malikik. Keçən ilin noyabrında biz Xəzərin dibi ilə elektrik kabelinin tikintisi üzrə üçtərəfli müqavilə imzaladıq. Zənnimcə, bu gün həmin mövzuda da danışacağıq.

Ümumilikdə gündəlik kifayət qədər genişdir, qarşılıqlı fəaliyyətin demək olar ki, bütün əsas sahələrini əhatə edir.

Qonaqpərvərliyə, həmçinin Azərbaycana səmimi dost münasibətə, eyni zamanda, ikitərəfli əməkdaşlığımızla bağlı bütün məsələləri öz şəxsi nəzarətinizdə saxladığınıza görə Sizə bir daha minnətdarlığımı bildirmək istərdim. Sağ olun.

Prezident Kasım-Jomart Tokayev: Hörmətli cənab Prezident, Sizə təşəkkür edirəm.скачать dle 10.6фильмы бесплатно


256

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.