Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər.
Diaspor.info xəbər verir ki, əvvəlcə Qazaxıstan Prezidenti bəyanatla çıxış etdi.
Prezident Kasım-Jomart Tokayevin
bəyanatı
-Hörmətli İlham Heydər oğlu.
Hörmətli xanımlar və cənablar.
Əvvəlcə hörmətli Prezident İlham Heydər oğlu Əliyevə dövlət səfəri dəvətimi qəbul etdiyinə və Qazaxıstana gəldiyinə görə səmimi minnətdarlığımı bildirirəm.
Mən bu səfərə xüsusi əhəmiyyət verirəm. Qardaş Azərbaycan xalqının liderini, görkəmli dövlət xadimi Prezident İlham Əliyevi qazax torpağında qəbul etmək bizim üçün böyük şərəfdir.
Ölkələrimiz ümumi köklərə və tarixə malikdir. Azərbaycan Qazaxıstanın mühüm etibarlı strateji tərəfdaşıdır. Bu gün münasibətlərimiz sabit inkişaf edir. Dövlətlərarası əlaqələrimizin möhkəmlənməsinə xüsusi diqqət yetiririk. Xalqlarımız arasında dostluğun gələcəkdə də hərtərəfli möhkəmlənməsi və müxtəlif sahələrdə əməkdaşlığa yeni təkan verilməsi əsas məqsəddir. Bu, iki ölkənin köklü maraqlarına uyğundur. Əminəm ki, bu səfər Qazaxıstan-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə kömək edəcək.
Əminəm ki, bu gün əldə olunan razılaşmalar ölkələrimiz arasında dostluq əlaqələrini daha da möhkəmləndirəcək.
Hörmətli xanımlar və cənablar, Azərbaycan Prezidentinin dövlət səfərini ölkələrimiz arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi yolunda çox mühüm hadisə və addım kimi qiymətləndirirəm. İlham Heydər oğlu Əliyev tarixi miqyasda görkəmli dövlət xadimidir. O, Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün müdafiəsinə və möhkəmləndirilməsinə həlledici töhfə verib. Prezident İlham Əliyevin yorulmaz səyləri sayəsində Azərbaycanın dünya arenasında nüfuzu və təsiri dəfələrlə güclənib. Onun güclü liderliyi ilə Azərbaycan bir çox sahələrdə, hər şeydən əvvəl sosial-iqtisadi inkişafda böyük uğurlar qazanıb. Genişmiqyaslı islahatların nəticələri iqtisadiyyatın davamlı artımında, vətəndaşların rifahının yüksəldilməsində, Sizin ölkənizin dinamik şəkildə dəyişməsində öz əksini tapır. Azərbaycan iqtisadiyyatının makroiqtisadi göstəriciləri dayanıqlılıq ilə fərqlənir və ölkənin tərəqqisinin, iqtisadiyyatınızın yaxşı formada olmasının inandırıcı göstəricisidir.
Qazaxıstanda qardaş Azərbaycanın nailiyyətlərinə ürəkdən sevinirlər. Sizin dövlət səfərinizin ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin 20-ci ildönümündə keçirilməsi rəmzi xarakter daşıyır. Bu illər ərzində dövlətlərimiz ikitərəfli əməkdaşlıqda böyük uğurlar əldə ediblər. Xalqlarımızın dostluğu və qarşılıqlı dəstəyi, ən yüksək səviyyədə intensiv siyasi dialoq və hökumətlərin işi sayəsində çoxplanlı Qazaxıstan-Azərbaycan əməkdaşlığı yüksələn xətlə inkişaf edir, yeni məzmunla zənginləşir. Bugünkü danışıqların nəticələri bunun əyani sübutudur.tapşırılıb.
Mədəni-humanitar sahədə qarşılıqlı fəaliyyət ənənəvi olaraq gündəliyimizdə xüsusi yer tutur. Son illərin əlamətdar hadisələri Qazaxıstanın Azərbaycanda mədəniyyət və kino günlərinin keçirilməsi, onların ölkələrimizdə qarşılıqlı təşkilidir. Bu istiqamətdə işlərin sistemləşdirilməsi üçün mədəni əməkdaşlıq proqramının qəbul edilməsi barədə razılığa gəldik. Təhsilin və elmin, gənclərin təmaslarının inkişafı sahəsində geniş potensiala malik perspektivlər ayrıca müzakirə olundu. Bu məqsədlə Bakıda keçən ildən Qazaxıstan-Azərbaycan Elm və Təhsil Mərkəzi fəaliyyət göstərir.
Regional və qlobal gündəliyə dair aktual məsələlər üzrə fikir mübadiləsi aparıldı. Biz beynəlxalq siyasət üzrə bütün aktual məsələlərdə mövqelərin eyniliyini bəyan edirik. Çoxtərəfli strukturlar çərçivəsində işlərin əlaqələndirilməsinin vacibliyi vurğulandı. Regional və qlobal səviyyələrdə sülhün, təhlükəsizliyin, sabitliyin möhkəmləndirilməsinə qarşılıqlı səylər ifadə olundu.
Məlum olduğu kimi, Prezident İlham Heydər oğlu Əliyev Prezident Trampın fəal vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında Vaşinqtonda sülh Bəyannaməsinin imzalanması üzrə tarixi missiyanı yerinə yetirib. Qazaxıstan da bu mühüm hadisəni rəsmi olaraq alqışlayıb. Əminəm ki, əldə olunan razılaşmalar Cənubi Qafqazda ab-havanı möhkəmləndirəcək, ümumi tərəqqi üçün yeni imkanlar açacaq.
Ümumilikdə səfərin yekunları Qazaxıstan-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq, müttəfiqlik ruhunda qardaş xalqlarımızın rifahı naminə gələcək inkişafına qarşılıqlı surətdə hazır olduğumuzu əyani şəkildə nümayiş etdirir.
Diqqətinizə görə təşəkkür edirəm.geniş Avrasiya regionu ilə bağlı layihələr həyata keçirildikcə Cənubi Qafqaz və Mərkəzi Asiya daha çox bir-birinə bağlanır və bir çox hallarda vahid coğrafi məkan çərçivəsində çıxış edir. Təbii ki, bütün bunlar daimi diqqət və qarşılıqlı fəaliyyəti konkret nəticələrlə zənginləşdirmək üçün dövlət başçılarının iştirakını tələb edir.
Ölkələrimiz ənənəvi olaraq bir-birini, - istər BMT, istərsə də digər təşkilatlar olsun, - beynəlxalq təşkilatlar çərçivəsində dəstəkləyir. Bu yaxınlarda Kasım-Jomart Kemeleviç türk dövlətləri Sammiti çərçivəsində bizi ziyarət etdi. Beynəlxalq platformalarda aktiv qarşılıqlı fəaliyyət bizim aramızda olan yaxınlığı bir daha göstərir.
Gələn il Azərbaycan iki mühüm beynəlxalq tədbirə ev sahibliyi edəcək. Bunlar İslam Əməkdaşlıq Təşkilatının sammiti və Qazaxıstanın təşəbbüsü nəticəsində strukturu formalaşan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin sammitidir. Biz bütün beynəlxalq platformalarda demək olar ki, vahid mövqedən çıxış edirik. Bugünkü danışıqlar, fikir mübadiləsi və qərarlar bunu bir daha təsdiq edir.
Kasım-Jomart Kemeleviç iqtisadi-ticari qarşılıqlı fəaliyyət, nəqliyyat-logistika sahəsi, energetika sektoru, humanitar əməkdaşlıq sferası məsələlərini ətraflı işıqlandırdı. Öz tərəfimdən əlavə edərdim ki, Azərbaycanın bütün vətəndaşları, o cümlədən indi azad olunmuş Qarabağda yaşayanlar Qarabağın dirçəlişində Prezident Tokayevin və qardaş Qazaxıstan xalqının rolunu həmişə minnətdarlıqla qeyd edirlər. Prezident Tokayevlə Füzulidə açılışını etdiyimiz Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi bu gün təkcə uşaqların təhsili və inkişafı ocağı deyil, həm də qardaşlığımızın və dostluğumuzun rəmzidir. Qarabağ bölgəsinə istər avtomobil nəqliyyatı ilə, istərsə də avianəqliyyatla səfər edən istənilən şəxs, - Füzulidən başqa bölgələri ziyarət etmək üçün istifadə edənlər, - Kurmanqazı adına Mərkəzin yaxınlığından keçərkən, hər bir Azərbaycan vətəndaşı və ölkəmizin qonağı qardaş köməyinin şahidi olur. Bu, bizim, o cümlədən Qazaxıstanın qardaş köməyi sayəsində genişmiqyaslı “Böyük Qayıdış” layihəsini uğurla həyata keçirdiyimiz bir vaxtda müstəsna əhəmiyyətə malikdir.
Bu gün Orta Dəhliz layihəsinin reallaşdırılması çərçivəsində əldə olunanlar, həmçinin qarşıdakı planlarla bağlı təqdimat da etdik. Bununla yanaşı öz tərəfimdən əlavə etmək istəyirəm ki, hazırda biz hər şeyi planlaşdırır və həyata keçiririk, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində avtomobil və dəmir yolu əlaqəsi üzrə bütün işlər gələn ilin ortalarında başa çatdırılacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də bütün bunlar analoji sürətlə həyata keçiriləcək və belə olan halda Zəngəzur dəhlizinin açılışı 2028-ci ilin sonuna qədər baş verə bilər.Bildiyiniz kimi, avqustda keçirilən Vaşinqton sammitinin nailiyyətlərindən biri TRIPP (The Trump route for international peace and prosperity) layihəsidir. Prezident Tramp layihəyə öz adını verib və bu, layihənin mütləq reallaşdırılacağından xəbər verir. Bununla da Orta Dəhlizin daha bir marşrutu açılır. Ənənəvi olanlara daha biri əlavə olunur – Zəngəzurdan ən yüksək müasir standartlarla 15 milyon ton yük dövriyyəsi. Beləliklə, Asiyadan Avropaya və əks istiqamətdə bizim ölkələrimizdən keçən yüklərin həcmi özlüyündə artım potensialına malikdir, amma həm də onların qəbulu və göndərilməsi üçün daha da böyük potensial olacaq.
Bu gün müzakirə etdiyimiz digər məsələlərlə bağlı Kasım-Jomart Kemeleviç hər şeyi danışdı və mənim əlavə edəcəyim heç nə yoxdur.
Qardaş münasibətinə, səmimi qəbula görə, sadəcə olaraq, bir daha minnətdarlığımı ifadə etmək və Prezident Tokayevi gələn il istənilən uyğun vaxtda Azərbaycana dövlət səfərinə dəvət etmək istərdim.
Sağ olun.