• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan ilə Serbiya arasında demoqrafiya sahəsində gələcək əməkdaşlığa dair müzakirələr aparılıb

22-10-2025, 20:00 | Baxılıb: 156
“Azərbaycan ilə Serbiya arasında demoqrafiya sahəsində gələcək əməkdaşlığa dair müzakirələr aparılıb

Azərbaycan və Serbiyanın dövlət başçılarının siyasi iradəsi və təşəbbüskarlığı nəticəsində iki ölkənin əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və daim genişlənən əlaqələr sosial sahəni də əhatə edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Diaspor.info-ya verilən məlumata görə, bu barədə ölkəmizdə səfərdə olan Serbiyanın ailə rifahı və demoqrafiya naziri Yelena Zariç Kovaceviçin başçılıq etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə bildirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Azərbaycan və Serbiya arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını, ötən dövrdə ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, əmək və sosial müdafiə sahəsində də uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdığını qeyd edib.

Azərbaycanda son illər aparılan sosial islahatlar, DOST modeli, dövlət sosial xidmətlərinin elektronlaşdırılması istiqamətində əldə olunan nailiyyətlər barədə məlumat verilib və islahatların uğurlarının beynəlxalq səviyyədə də yüksək qiymətləndirildiyi bildirilib. Həssas qruplardan olan şəxslərin və ailələrin sosial dəstək tədbirləri ilə əhatə olunması işləri diqqətə çatdırılıb.

Ölkəmizdə demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində həyata keçirilən dövlət siyasətindən bəhs olunub, bu sahədə Serbiya ilə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün potensialın olduğu bildirilib.

Yelena Zariç Kovaceviç Azərbaycana səfəri ilə bağlı xoş təəssüratlarını ifadə edərək, ölkəsinin Azərbaycanla dost münasibətlərini və iki ölkənin nazirlikləri arasında əlaqələrin inkişafında maraqlı olduqlarını vurğulayıb.

Görüşdə Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Serbiyanın Ailə Rifahı və Demoqrafiya Nazirliyi arasında demoqrafiya sahəsində gələcək əməkdaşlıq, təcrübə mübadilələrinin aparılması məsələləri müzakirə olunub.скачать dle 10.6фильмы бесплатно


156

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.