• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Qazaxıstan mətbuatı: Azərbaycan Prezidentinin səfəri qardaşlığın və strateji etimadın möhkəmlənməsinin təzahürü oldu

22-10-2025, 21:00 | Baxılıb: 179
“Qazaxıstan mətbuatı: Azərbaycan Prezidentinin səfəri qardaşlığın və strateji etimadın möhkəmlənməsinin təzahürü oldu

Qazaxıstan mediası Azərbaycan Prezidenti İlham Əliyevin Astanaya dövlət səfərini geniş işıqlandırıb.

Diaspor.info xəbər verir ki, “Ulysmedia.kz” portalında dərc olunan materialda Xəzər dənizi hövzəsində yeni strateji xəttin formalaşmasından bəhs olunur. Qeyd edilir ki, Qazaxıstan və Azərbaycan bu prosesdə bir-birini təkcə tərəfdaş kimi deyil, həm də Avrasiyanın formalaşan memarlığında əsas müttəfiqlər kimi görür.

“Müasir Qazaxıstan Türk dünyasında balanslaşdırıcı rol oynayır, Azərbaycan isə Qarabağın geri qaytarılmasından sonra regional çəkisini möhkəmləndirmiş ölkə kimi çıxış edir. Hər iki dövlət mahiyyət etibarilə Türk Dövlətləri Təşkilatında etimadın təməlini formalaşdırır, emosiyaların deyil, sistemli yanaşmanın üstünlük təşkil etdiyi gündəmi müəyyənləşdirir”, – deyə məqalədə bildirilir.

“Zakon.kz” portalında yer alan yazıda Qazaxıstan və Azərbaycanın regional birliklərdə və beynəlxalq təşkilatlarda birgə və proaktiv iştirakının böyük əhəmiyyət daşıdığı vurğulanır. Xüsusi qeyd olunur ki, hər iki tərəfin mövqeləri Türk Dövlətləri Təşkilatının fəaliyyətində parlaq şəkildə özünü göstərir, burada çoxşaxəli və çoxtərəfli regional əməkdaşlıq həyata keçirilir.

“Qazaxıstan–Azərbaycan münasibətlərini yalnız iki ölkə arasındakı qarşılıqlı fəaliyyət deyil, həm də Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında sülh və dinamik inkişafın təminatı kimi dəyərləndirmək olar. Bundan əlavə, bu təmaslar Avropa və Asiyanın iri regional bazarlarının birləşməsi üçün geniş iqtisadi imkanlar açır”, – deyə məqalədə qeyd olunur.

Beynəlxalq “Kazinform” informasiya agentliyi xəbər verir ki, Azərbaycan Prezidentinin Qazaxıstana dövlət səfəri çərçivəsində energetika, nəqliyyat-logistika, rəqəmsallaşma və süni intellekt, sənaye təhlükəsizliyi, səhiyyə, statistika, eləcə də mədəni-humanitar əlaqələr sahələrində əməkdaşlığa dair 15 sənəd imzalanıb.

“Baq.kz” saytında dərc olunan materialda bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfəri iki ölkə arasında strateji münasibətlərin inkişafında mühüm mərhələ olub.

“Bakı ilə Astana arasında əməkdaşlığın hazırkı səviyyəsi sabit dinamika və yüksək etimad səviyyəsi ilə fərqlənir, danışıqların nəticələri isə iqtisadiyyat, nəqliyyat və texnologiyalar sahələrində yeni birgə təşəbbüslər üçün əsas yarada bilər”, – deyə məqalədə vurğulanır.

“Kazpravda.kz” nəşri qeyd edir ki, Qazaxıstan və Azərbaycanı çoxəsrlik qardaşlıq bağları, mənəvi və mədəni yaxınlıq birləşdirir.

Məqalədə bildirilir: “Ölkələrimiz arasındakı müasir münasibətlər dövlət başçıları arasında şəxsi etimad və qarşılıqlı hörmətə əsaslanır ki, bu da ikitərəfli əməkdaşlığa xüsusi dayanıqlıq verir”.скачать dle 10.6фильмы бесплатно


179

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.