• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

BƏƏ-nin Xüsusi Əməliyyatlar Qüvvələrinin komandanı Azərbaycana səfər edib

27-10-2025, 16:00 | Baxılıb: 196
“BƏƏ-nin Xüsusi Əməliyyatlar Qüvvələrinin komandanı Azərbaycana səfər edib

Oktyabrın 27-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xüsusi Əməliyyatlar Qüvvələrinin komandanı briqada generalı Məhəmməd Səid Əl-Səlminin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Nazirliyindən Diaspor.info-ya verilən məlumata görə, BƏƏ nümayəndələrini salamlayan müdafiə naziri onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. O, ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi hərbi əlaqələrimizin də inkişaf etdiyini vurğulayıb. General-polkovnik Z.Həsənov qarşılıqlı təcrübə mübadiləsi məqsədilə ölkəmizdə keçirilən “Sarsılmaz Tərəfdaşlıq-2025” birgə xüsusi təyinatlı qüvvələr təliminin mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Briqada generalı M.S.Əl-Səlmi isə öz növbəsində səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Azərbaycan və BƏƏ XTQ mənsubları arasında əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlərin və birgə təlimlərin faydalarını diqqətə çatdırıb.

Görüşdə, həmçinin maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra BƏƏ nümayəndə heyəti XTQ-nin N saylı hərbi hissəsini ziyarət edib. Qonaqlar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstünü və XTQ-nin xatirə abidəsini ziyarət edərək gül dəstələri düzüb, Ulu Öndərin və şəhidlərimizin xatirəsinə ehtiram nümayiş etdiriblər.

BƏƏ-dən olan həmkarı ilə görüşən Azərbaycan Ordusunun XTQ komandanı general-mayor Ələkbər Cahangirov hərbi əməkdaşlığın inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparıb, Azərbaycan XTQ-nin fəaliyyəti və döyüş hazırlığı barədə qonaqlara ətraflı məlumat verib.

Tərəflər hər iki ölkənin xüsusi təyinatlılarının iştirakı ilə keçirilən birgə XTQ təlimlərinin hərbi qulluqçuların peşəkarlığının daha da artırılmasına töhfə verdiyini qeyd edib və bu kimi təlimlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Sonda BƏƏ nümayəndə heyətinin rəhbəri hərbi hissənin xatirə kitabına ürək sözlərini yazıb.скачать dle 10.6фильмы бесплатно


196

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.