• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Antalyada xaricdəki Azərbaycan Evlərinin təqdimatı keçirilib

5-11-2025, 13:00 | Baxılıb: 293
“Antalyada xaricdəki Azərbaycan Evlərinin təqdimatı keçirilib

Antalyada xaricdəki Azərbaycan Evlərinin təqdimatı keçirilib
Antalya şəhərində keçirilən Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu çərçivəsində xaricdəki Azərbaycan Evlərinin təqdimatı keçirilib, fəaliyyətləri müzakirə olunub.
Tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, müxtəlif ölkələrdəki Azərbaycan Evlərinin və Mədəniyyət Mərkəzlərinin rəhbərləri, media təmsilçiləri iştirak edib. Müzakirələr zamanı Azərbaycan Evlərinin fəaliyyəti ilə bağlı videoçarxlar nümayiş olunub, evlərin mədəniyyətimizi, dilimizi və milli kimliyimizi qorumaq istiqamətində həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Evləri soydaşlarımızın elmi və intellektual potensiallarının birləşdirilməsi, mədəni və ictimai əlaqələrin möhkəmləndirilməsi, eləcə də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından mühüm platforma rolunu oynayır.
Xaricdəki Azərbaycan Evlərinin rəhbərləri hesabat xarakterli çıxışlar edib, mədəniyyət diplomatiyasına verə biləcəkləri töhfələri bir daha xatırladıblar.
Daha sonra “Azərbaycan Evləri” konsepsiyasına yeni baxış bucaqlarını özündə ehtiva edən, yaxın illər üçün hədəfləri və işlək mexanizmləri müəyyən edən təqdimat iştirakçıların diqqətinə çatdırılıb. Təqdimat böyük marağa səbəb olub və onun ətrafında geniş müzakirələr aparılıb.
Görüşdə, həmçinin xaricdə yaşayan azərbaycanlılar üçün nəzərdə tutulan “Milli Dilli” onlayn dərs layihəsinin təqdimatı keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin ideya müəllifi və rəhbəri, Niderland Krallığında yaşayan soydaşımız Sevinc Əliyeva “Milli Dilli” haqqında geniş məlumat verib, gələcək inkişaf istiqamətlərini nəzərə çatdırıb, layihənin hər kəs üçün əlçatan olduğunu bildirib. Layihə barədə videoçarx təqdim olunub.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri xaricdəki Azərbaycan Evləri rəhbərlərinin çoxsaylı suallarını cavablandırıb.
Əlavə edək ki, hazırda dünyanın 20 ölkəsində 31 Azərbaycan Evi var. Hər bir Azərbaycan Evində həftəsonu məktəbləri fəaliyyət göstərir.

скачать dle 10.6фильмы бесплатно

293

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.