Son illərdə beynəlxalq logistika xəritəsində yeni marşrutlar formalaşır. Bu istiqamətlərdən biri də Cənubi Qafqazı Avropa və Asiya arasında strateji körpüyə çevirəcək Zəngəzur dəhlizidir (“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” - TRIPP). Hansı ki, bütün Cənubi Qafqazı mühüm ticarət, nəqliyyat və logistika qovşağına çevirməyə qadir olan strateji təşəbbüsdür. Hətta bu layihə daha genişmiqyaslı inteqrasiyanı nəzərdə tutur.
Diaspor.info xəbər verir ki, Zəngəzur dəhlizi Cənubi Qafqazın yeni geoiqtisadi reallığının mərkəzində dayanır. Azərbaycanı Naxçıvanla, eyni zamanda, Türkiyə və bütövlükdə Avropa ilə birləşdirəcək bu nəqliyyat marşrutu təkcə region ölkələri üçün deyil, həm də Avrasiya miqyasında mühüm logistika arteriyası kimi qiymətləndirilir. Dəhlizin açılması Azərbaycanın tranzit imkanlarını genişləndirərək, ölkənin beynəlxalq nəqliyyat şəbəkəsində rolunu daha da gücləndirəcək.
Zəngəzur dəhlizinin TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) adlandırılması da təsadüfi deyil. ABŞ artıq Cənubi Qafqaz regionuna siyasi nüfuz etmək imkanı qazanıb. Prezident Donald Trampın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin avqustun 8-də Ağ Evdə görüşü və bu görüşün nəticəsi olaraq Birgə Bəyannamənin imzalanması, eləcə də hər iki ölkənin xarici işlər nazirlərinin “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini paraflaması və Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Trampın “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu”nu imzalanması rəsmi Vaşinqtonun regiona siyasi nüfuz etmək imkanlarını artırıb.
2021-ci il oktyabrın 26-da Azərbaycan və Türkiyə prezidentlərinin təməlini qoyduğu Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu strateji əhəmiyyətə malik olmaqla, regionda yeni iqtisadi, nəqliyyat və kommunikasiya əlaqələrinin qurulmasına mühüm töhfə verəcək. Bu dəhlizin digər ölkələr üçün də əhəmiyyəti olduqca böyükdür. Türkiyə üçün Zəngəzur dəhlizi Şərqi Anadolu əyalətlərinin iqtisadiyyatının inkişafının stimullaşdırılması, eləcə də Mərkəzi Asiya ilə Avropa arasında mal təchizatı zəncirlərinin çevikliyinin təmin edilməsi deməkdir. Nəhayət, Ermənistan üçün yeni marşrut həm Şərqlə, həm də Qərblə balanslaşdırılmış inteqrasiya üçün fürsət olacaq, həmçinin logistika xidmətlərindən gəlirləri artıracaq.ki, digər ölkələrin ərazisində də hər şey belə sürətlə reallaşdırılacaq və belə olan halda Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonuna qədər baş verə bilər”.
Beləliklə, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun reallaşması ilə Zəngəzur dəhlizi Avrasiyada mühüm nəqliyyat bağlantısına çevrilərək regionumuzda əməkdaşlığa və tərəqqiyə xidmət edəcək.