• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

“Zəfərimiz dünyada” adlı tədbir təşkil olunub

7-11-2025, 18:30 | Baxılıb: 243
““Zəfərimiz dünyada” adlı tədbir təşkil olunub

“Zəfərimiz dünyada” adlı tədbir təşkil olunub
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin inzibati binasında Qarabağda tarixi qələbəmizin beşinci ildönümünə həsr edilən “Zəfərimiz dünyada” adlı təntənəli tədbir keçirilib.
Tədbirdə komitənin rəhbər heyəti, əməkdaşlar, ictimaiyyət və media təmsilçiləri, şəhid ailələrinin üzvləri, diaspor nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış üçün ilk söz şəhid polkovnik-leytenant Anar Əliyevin qızı Nigar Əliyevaya verilib və o, Zəfərimizin 5-ci ilində keçirdiyi qürur hissini bölüşüb, atasının ruhunun şad olduğunu qeyd edib.
“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun Qarabağda qazandığı qələbə tariximizin ən parlaq qələbəsidir. Qələbəmiz dünya azərbaycanlılarının qürur mənbəyinə çevrilib, onları daha sıx birləşməyə, haqq səsimizin beynəlxalq ictimaiyyətə çatdırılması üçün daha əzmkar olmağa sövq edib” - bu fikirləri səsləndirən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov xaricdəki Azərbaycan icmalarının müharibə və postmüharibə dövründəki fəaliyyətindən danışıb. Diqqətə çatdırılıb ki, zəfərimizin 5 illiyində xarici ölkələrdə onlarla tədbir, irimiqyaslı kampaniya keçirilir, diasporun fəaliyyəti dövlətimizin siyasi xətti ilə harmoniya təşkil edir.
Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, ictimai xadim, filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Rafael Hüseynov çıxışında Vətən müharibəsində qazanılan qələbəni xalqımızın mənəvi gücünün və tarixi ədalətin bərpasının təntənəsi adlandırıb.
II Qarabağ müharibəsinin iştirakçısı, kapitan Mahur Həmidov, Xalq artisti Fəxrəddin Manafov, Xalq artisti Yalçın Adıgözəlov, A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, tarix üzrə elmlər doktoru, professor Mais Əmrahov, “Zəfər” İctimai Birliyinin sədri Sevinc Orucova, “Qarabağa səyahətim” kitabının müəllifi, uzun müddət Azərbaycanda yaşamış Nik Noulisa çıxış edərək Zəfər Gününü birliyimizin, dövlət-xalq həmrəyliyinin rəmzi adlandırıblar. Çıxışlarda şəhid ailələrinin, qazilərin cəmiyyətimizdə göstərdikləri nümunəvi rola da diqqət çəkilib.
Tədbirdə dövlət başçısının çıxışlarının, xaricdəki Azərbaycan icmalarının müharibə və postmüharibə dövründəki fəaliyyətinin, görkəmli diaspor nümayəndələrinin təbriklərinin yer aldığı “Zəfərimiz dünyada” adlı videoçarx, həmçinin “Şəhidə məktub” sənədli filmi nümayiş olunub.
“Zəfərimiz dünyada” adlı tədbir çərçivəsində Azərbaycan diasporu adından şəhid övladlarına hədiyyələr təqdim olunub, şəhid ailələrinə göstərilən maddi yardımlar barədə məlumat verilib.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi, ADDF və xaricdəki Azərbaycan icmaları hər zaman şəhid ailələrini diqqət mərkəzində saxlayır, onlara maddi-mənəvi dəstək göstərir, şəhid uşaqları mütəmadi olaraq komitənin müxtəlif layihələrinə cəlb olunurlar.

скачать dle 10.6фильмы бесплатно

243

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.