• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Qardaşlıq bayramı: Yuta ştatında Azərbaycanın Zəfər və Türkiyənin Respublika günləri qeyd edilib

7-11-2025, 19:30 | Baxılıb: 289
“Qardaşlıq bayramı: Yuta ştatında Azərbaycanın Zəfər və Türkiyənin Respublika günləri qeyd edilib

Qardaşlıq bayramı: Yuta ştatında Azərbaycanın Zəfər və Türkiyənin Respublika günləri qeyd edilib
ABŞ-nin Yuta ştatında Azərbaycan Respublikasının Zəfər Günü və Türkiyə Respublikasının milli bayramı - Respublika Günü münasibətilə tədbir təşkil olunub.
Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Yuta Türk-Amerika Assosiasiyasının dəstəyi, eləcə də assosiasiyanın və Yuta Türk-Amerika Assosiasiyası birgə təşkilatçılığı ilə keçirilib.
Əvvəlcə hər iki ölkənin Dövlət himnləri səsləndirilib, Azərbaycanın Zəfər tarixini əks etdirən videoçarx göstərilib. Bədii hissədə milli musiqilər və rəqslər ifa olunub. Qonaqlara, həmçinin Azərbaycan və türk mətbəxinə məxsus ənənəvi təamlar təqdim edilib.
Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəray bayramlar münasibətilə Azərbaycan və türk xalqını təbrik edib. O, iki qardaş xalqın həmrəyliyinin, ortaq tarixə və mədəniyyətə söykənən münasibətlərinin bir daha nümayiş olunduğunu vurğulayıb, xalqlara rifah, sülh və əmin - amanlıq arzulayıb.
Yuta Türk-Amerika Assosiasiyasının İdarə Heyətinin üzvü Işıl Gökgöz Hessick çıxış edərək Azərbaycan ilə Türkiyə arasındakı dostluq, qardaşlıq münasibətlərinin hər ötən gün daha da gücləndiyini dilə gətirib, hər iki xalqı əlamətdar gün münasibətilə təbrik edib.
Qeyd olunub ki, bu kimi tədbirlər ABŞ-də yaşayan Azərbaycan və türk icmalarının birliyinin möhkəmlənməsinə, eləcə də yerli ictimaiyyət arasında mədəni müxtəlifliyin təbliğinə mühüm töhfə verir.

Qardaşlıq bayramı: Yuta ştatında Azərbaycanın Zəfər və Türkiyənin Respublika günləri qeyd edilib
Qardaşlıq bayramı: Yuta ştatında Azərbaycanın Zəfər və Türkiyənin Respublika günləri qeyd edilib
Qardaşlıq bayramı: Yuta ştatında Azərbaycanın Zəfər və Türkiyənin Respublika günləri qeyd edilib
Qardaşlıq bayramı: Yuta ştatında Azərbaycanın Zəfər və Türkiyənin Respublika günləri qeyd edilib
скачать dle 10.6фильмы бесплатно

289

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.