• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Lissabonda Zəfər Günü qeyd edilib

8-11-2025, 19:00 | Baxılıb: 304
“Lissabonda Zəfər Günü qeyd edilib

Lissabonda Zəfər Günü qeyd edilib
Portuqaliyanın paytaxtı Lissabondakı Azərbaycan icması 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbir keçirib.
Tədbirdə yerli ictimaiyyət nümayəndələri ilə yanaşı, Kolumbiya, Braziliya, Yunanıstan, Türkiyə, Polşa, Niderland və Ukrayna diasporunun nümayəndələri iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin azadlığı uğrunda canından keçən qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
İştirakçılara 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpasından və bu Qələbənin xalqımız üçün əhəmiyyətindən geniş bəhs olunub.
Azərbaycan mədəniyyətinin müxtəlif sahələri, eləcə də Qarabağ atları haqqında təqdimatlar göstərilib. Bədii hissədə “Baran” türk musiqi qrupunun rəhbəri Gülüm Baranın ifasında “Xudayar təsnifi”, “Gəl, ey səhər”, “Sarı gəlin”, “Bu qala daşlı qala” kimi Azərbaycan musiqi inciləri səsləndirilib.
Ədəbiyyat bölməsində “Əkinçi” qəzeti haqqında məlumat verilib, musiqi bölməsində isə dahi bəstəkarlar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” və Fikrət Əmirovun “Sevil” operalarından danışılıb. “Sevil” operasının qadın azadlığı mövzusuna həsr olunması və Azərbaycanın Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə kimi tarixə düşməsi xüsusi vurğulanıb.
Tədbirin sonunda iştirakçılara Azərbaycan milli simvolu olan buta naxışlı kəlağayılar hədiyyə edilib.

Lissabonda Zəfər Günü qeyd edilib
Lissabonda Zəfər Günü qeyd edilib
Lissabonda Zəfər Günü qeyd edilib
Lissabonda Zəfər Günü qeyd edilib
Lissabonda Zəfər Günü qeyd edilib
скачать dle 10.6фильмы бесплатно


304

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.