• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan nümayəndə heyəti ABŞ-da səfərdədir

18-11-2025, 10:00 | Baxılıb: 222
“Azərbaycan nümayəndə heyəti ABŞ-da səfərdədir

Azərbaycan Milli Məclisinin deputatları – Səməd Seyidov, Anatoliy Rafailov, Nigar Arpadarai, Tural Gəncəliyev, Xarici İşlər Nazirliyinin Beynəlxalq İnsan Hüquqları Təsisatları ilə Əməkdaşlıq İdarəsinin rəisi vəzifəsinin icra edən Jalə İbrahimova, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Vasif Hüseynov və Sefarad yəhudilərinin Bakı dini icmasının sədri ravvin Zamir İsayevin yer aldığı nümayəndə heyəti ABŞ-də səfərdədir. Diaspor.info-nun məlumatına görə, səfərin məqsədi ABŞ Konqresinin yuxarı və aşağı palatasının üzvləri, ABŞ administrasiyasının rəsmiləri, aparıcı beyin mərkəzlərinin nümayəndələri və yəhudi təşkilatları ilə görüşlərin keçirilməsi, regionumuzda baş verən yeniliklər və mövcud Azərbaycan-ABŞ ikitərəfli əlaqələrində yaranmış müsbət dinamika, eləcə də Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatların verilməsidir.

17 noyabr tarixində nümayəndə heyəti öz işinə başlayıb. İlk görüş ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin üzvü Cim Birdin ofisinin rəhbəri Sara Rosnik ilə baş tutub.

Daha sonra nümayəndə heyəti ABŞ-nin bir sıra aparıcı yəhudi təşkilatlarının, beyin mərkəzlərinin və ABŞ Konqresinin üzvlərinin köməkçilərinin də iştirak etdiyi dəyirmi masada iştirak edib.

Görüşlərdə nümayəndə heyətinin üzvləri tərəfindən Cənubi Qafqaz regionunda gedən proseslər, 8 avqust- Vaşinqton Sammitindən sonra Azərbaycan – ABŞ ikitərəfli əlaqələrində yaranmış canlanma, eyni zamanda 907-ci düzəlişin ləğvi, ABŞ Konqresində ölkəmizin əleyhinə irəli sürülmüş təşəbbüslər və bir sıra digər məsələlər barədə məlumat verilib, qarşı tərəfi maraqlandıran suallar cavablandırılıb.

Sonrakı günlərdə nümayəndə heyətinin ABŞ dövlət departamenti, ABŞ Konqresinin yuxarı və aşağı palatasının üzvləri, beyin mərkəzlərinin nümayəndələri və Azərbaycan – ABŞ Ticarət Palatasında görüşlərin keçirilməsi nəzərdə tutulur. Səfər 21 noyabr tarixinədək davam edəcək.скачать dle 10.6фильмы бесплатно


222

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.