• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Prezident vəkillərin fəaliyyəti ilə bağlı qanunvericiliyə çoxsaylı dəyişiklikləri təsdiqləyib

19-11-2025, 22:00 | Baxılıb: 187
“Prezident vəkillərin fəaliyyəti ilə bağlı qanunvericiliyə çoxsaylı dəyişiklikləri təsdiqləyib

Prezident İlham Əliyev vəkillərin fəaliyyəti ilə bağlı qanunvericiliyə çoxsaylı dəyişiklikləri təsdiqləyib.

Diaspor.info-nun məlumatına görə, dövlət başçısı bununla bağlı Mülki Prosessual Məcəlləsi, Cinayət-Prosessual Məcəlləsi, Cəzaların İcrası Məcəlləsi və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Belə ki, vəkillər işdə iştirak edən şəxs olduqda (mülki prosesda) kassasiya instansiyasında özlərini təmsil etməsi və cinayət prosesində Cinayət-Prosessual Məcəlləsinin 92.3.6-c1, 92.3.7-сi, 92.3.9 - 92.3.11-c maddələrində nəzərdə tutulan şübhəli və ya təqsirləndirilən şəxs qismində çıxış etdikdə müdafiəçinin təmin edilməsindən imtina etmək və özü-özünü təmsil etmək hüququna malik olacaqlar.

Eyni zamanda vəkillik fəaliyyətinin həyata keçirilməsinin ümumi qaydalarına dair müddəalar dəqiqləşdirilir. Vəkillər Kollegiyasının orqanlarının dairəsinə vəkillərin İntizam Komissiyası və Vəkillərin İxtisas Komissiyasə əlavə edilməklə onların hüquq və vəzifələri müəyyən edilir. Həmçinin Vəkillər Kollegiyası tərəfindən regional qurumlar (mərkəzlər), hüquqi yardım mərkəzləri və tədris mərkəzləri təsis oluna bilər.

Bundan başqa, vəkilliyə qəbul ola biləcək şəxslərə aid tələblər və bəzi kateqoriya şəxslər üçün ümumi qaydadan fərqli prosedur müəyyən edilir. Habelə dövlət qulluğuna (dövlət qulluğunun xüsusi növünə) qəbul edilməsi ilə əlaqədar vəkillik fəaliyyəti dayandırılmış şəxsin yenidən vəkil kimi fəaliyyət göstərməsinin hüquqi əsasları müəyyən edilir.

Həmçinin iki dəfədən artıq təkrarən Vəkillər Kollegiyasəı Rəyəsət Heyətinin sədri seçilə bilmək məhdudiyyəti götürülür, vəkillər barəsində tətbiq edilən intizam tənbehləri dəqiqləşdirilir, bundan başqa vəkilin fəaliyyətinə xitam verilməsi qaydası (bundan sonra yalnız Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə) təkmilləşdirilərək, həmin qərardan və həm də intizam tənbehlərindən məhkəməyə şikayət vermək hüququ müəyyən edilir.скачать dle 10.6фильмы бесплатно


187

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.