• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Papuaşvili: Ermənistan və Azərbaycan arasında sülh regionun gələcəyi üçün həlledici əhəmiyyət daşıyır

20-11-2025, 16:00 | Baxılıb: 184
“Papuaşvili: Ermənistan və Azərbaycan arasında sülh regionun gələcəyi üçün həlledici əhəmiyyət daşıyır

Bu gün dəyişən dünya nizamında ölkələr suverenlik və ərazi bütövlüyünün qorunmasının xüsusi əhəmiyyət daşıdığını yaxşı başa düşürlər. Gürcüstan və Ermənistan da bu prinsipə sadiqdirlər. Məhz bunun nəticəsidir ki, Cənubi Qafqaz regionunda müsbət dinamika müşahidə olunur”.

Diaspor.info xəbər verir ki, bu fikirləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Tbilisidə səfərdə olan Ermənistan Prezidenti Vaaqn Xaçaturyanla görüşündə səsləndirib.

Gürcüstan parlamentinin mətbuat xidmətindən verilən məlumatda deyilir ki, görüşdə tərəflər yüksəksəviyyəli səfərlərin tezliyinin Gürcüstan və Ermənistan arasında ənənəvi dostluğun göstəricisi olduğunu qeyd ediblər.

Müzakirələr zamanı Şalva Papuaşvili Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsinin regionun gələcəyi üçün həlledici əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, Cənubi Qafqazda üç ölkənin - Gürcüstan, Ermənistan və Azərbaycanın sıx əməkdaşlığı bölgəni daha cəlbedici edərək yeni iqtisadi imkanlar yarada bilər. Siyasi sabitlik isə iqtisadi inkişafın əsasını təşkil edəcək.

Tərəflər üçtərəfli əməkdaşlıq formatlarının genişləndirilməsinin vacibliyinə toxunaraq, Gürcüstanın və Ermənistanın Avropa İttifaqı ilə münasibətlərini müzakirə ediblər. Bu kontekstdə Orta Dəhlizin region üçün strateji əhəmiyyəti xüsusi vurğulanıb.скачать dle 10.6фильмы бесплатно


184

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.