• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Türkmənistanın səfiri Baş nazir Əli Əsədova məktub ünvanlayıb

20-11-2025, 18:00 | Baxılıb: 186
“Türkmənistanın səfiri Baş nazir Əli Əsədova məktub ünvanlayıb

Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov Azərbaycan Respublikasının “Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə Azərbaycan Respublikasının tamhüquqlu iştirakı haqqında” qərarı münasibətilə Baş nazir Əli Əsədova məktub ünvanlayıb.

Nazirlər Kabinetindən Diaspor.info-nun verilən məlumata görə, məktubda deyilir:

“Hörmətli cənab Baş nazir!

Sizi Mərkəzi Asiya Dövlət Başçılarının Yeddinci Məşvərət Görüşünün “Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə Azərbaycan Respublikasının tamhüquqlu iştirakı haqqında” qərarı münasibətilə səmimi-qəlbdən təbrik edirəm!

Bu, şübhəsiz ki, tarixi miqyaslı bir hadisədir. O, Mərkəzi Asiyanın və Azərbaycanın vahid geosiyasi və geoiqtisadi məkana çevrilməsini, beləliklə, xalqlarımızın və dövlətlərimizin qardaşlıq, mehriban qonşuluq, bərabərlik və əməkdaşlığa əsaslanan güclü birliyini, tarixi taleyimizin ayrılmaz və bölünməz olduğunu mütləq şəkildə anlamasını qeyd edir.

Bildiyiniz kimi, bu ilin avqust ayında Avaza Milli Turizm Zonasında keçirilən Dənizə Çıxışı olmayan İnkişaf Etməkdə olan Ölkələr üzrə Üçüncü BMT Konfransı zamanı Türkmənistanın təklifi ilə Mərkəzi Asiya Dövlət Başçılarının fövqəladə Məşvərət Görüşü təşkil edildi. Məhz bu Görüşdə Türkmənistan Azərbaycanın Məşvərət görüşlərinə tamhüquqlu üzv kimi qoşulmasını və bununla da bu formatda əsas iştirakçıya çevrilməsini, əlaqələrini daha da gücləndirməsini və qardaş xalqlar ailəsinə hərtərəfli inteqrasiyasını təklif etdi.

Əminəm ki, qardaş Azərbaycanın siyasi nüfuzu, nəhəng resurs, sənaye və texnoloji potensialı, mədəni humanitar sahələrdəki nailiyyətləri nəzərə alınmaqla, Azərbaycanın Məşvərət görüşlərinə qoşulması ölkələrimizin və xalqlarımızın hərtərəfli yaxınlaşmasında müəyyənedici elementə, regional və beynəlxalq inkişafdakı müasir tendensiyalarda fəal iştiraka stimul verəcək, qlobal koordinat sistemində layiqli rolunu və yerini dərk edən və məqsədlərinə birgə çatmağa hazır olan məsuliyyətli, birləşmiş tərəfdaşlar kimi Mərkəzi Asiya dövlətlərinin və Azərbaycanın qlobal səhnədə rolunun və çəkisinin artmasına səbəb olacaq.

Bir daha səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm!

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, məsuliyyətli fəaliyyətinizdə uğurlar arzulayıram”.скачать dle 10.6фильмы бесплатно


186

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.