• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Yeni Azərbaycan Partiyasının yaradılmasından 33 il ötür

21-11-2025, 12:00 | Baxılıb: 205
“Yeni Azərbaycan Partiyasının yaradılmasından 33 il ötür

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 33 ili tamam olur.

Diaspor.info xəbər verir ki, Yeni Azərbaycan Partiyasının təsis edilməsi XX əsrin sonlarında ölkəmizdə yaşanan mürəkkəb və təhlükəli ictimai-siyasi proseslərin fonunda tarixi zərurət kimi meydana çıxdı. Həmin dövrdə Azərbaycanda siyasi böhran dərinləşir, dövlət idarəçiliyində səriştəsizlik artır, separatizm meyilləri genişlənir, vətəndaş müharibəsi alovlanır, Ermənistanın təcavüzü ağır nəticələrə səbəb olurdu. Müstəqilliyini yeni bərpa etmiş ölkənin gələcəyi real təhlükə altına düşmüşdü. Belə bir şəraitdə xalqın əsas ümid yeri müdrik dövlət xadimi, zəngin idarəçilik təcrübəsinə malik Ulu Öndər Heydər Əliyev idi.

Ölkəmizin tanınmış ziyalıları 1992-ci ilin oktyabrında Ümummilli Liderə müraciət edərək yeni siyasi təşkilatın yaradılması təşəbbüsünü irəli sürdülər. Heydər Əliyev 1992-ci il 24 oktyabr tarixli məktubunda bu təklifə razılıq verərək Azərbaycanın taleyinin həll olunacağı yeni bir siyasi mərhələnin əsasını qoydu.

1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyasının rəsmi şəkildə yaradıldığı bəyan edildi. Bu hadisə Azərbaycanın gələcək inkişaf yolunun müəyyənləşməsində həlledici rol oynadı. Həmin dövrdə ölkədə hökm sürən xaos, iqtisadi tənəzzül, siyasi çəkişmələr və müharibənin fəsadları dövlətçiliyi ciddi təhlükə altına almışdı. Ümummilli Liderin siyasi arenaya qayıdışı nəticəsində xalqın xilası prosesi başladı, Azərbaycan sabitlik və inkişaf yoluna qədəm qoydu.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə vətəndaş qarşıdurmasının qarşısı alındı, dövlətçiliyin bünövrəsi möhkəmləndirildi, idarəçilik sistemi yenidən quruldu. Qısa müddətdə ölkədə sabitlik təmin olundu, iqtisadi islahatların əsası qoyuldu, Azərbaycanın dünya dövlətləri arasında mövqeyi gücləndirildi. Yeni Azərbaycan Partiyasına göstərilən böyük dəstək isə xalqın Ümummilli Liderinə sonsuz etimadının parlaq təcəssümü oldu.

Müstəqil Azərbaycanın dövlət quruculuğu tarixində 1993–2003-cü illər xüsusi mərhələ kimi yadda qaldı. Bu illər ərzində “Əsrin müqaviləsi” imzalandı, Bakı–Tbilisi–Ceyhan kəməri reallaşdırıldı, ölkə iqtisadiyyatı canlandı, ordu quruculuğu yeni mərhələyə qədəm qoydu. Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanındı.

Xalqımızın dahi oğlu Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün müstəqil Azərbaycanın əsas ideoloji dayağını təşkil edir və Prezident İlham Əliyevin ardıcıl siyasəti nəticəsində ölkəmiz regionun lider dövlətinə çevrilib.

Bu çərçivədə Naxçıvanı Azərbaycanın əsas əraziləri ilə birləşdirən və Avropa ilə Mərkəzi Asiyaya birbaşa çıxış yaradan Zəngəzur dəhlizi, Avropanın enerji təhlükəsizliyinin təminatçısı Cənub Qaz Dəhlizi kimi strateji layihələr böyük əhəmiyyət kəsb edir, Azərbaycanı yalnız Qafqazda deyil, Asiya və Yaxın Şərqdə önəmli geosiyasi aktora çevirir.

Bu gün Yeni Azərbaycan Partiyası 800 minə yaxın üzvü ilə ölkənin ən böyük siyasi təşkilatıdır. Onun sıralarında gənclərin üstünlük təşkil etməsi partiyanın gələcəyə hesablanmış siyasətinin göstəricisidir. Məhz bu gənclik Vətən müharibəsində şanlı Qələbənin qazanılmasında böyük rol oynadı. Azərbaycan 44 günlük savaş nəticəsində ərazi bütövlüyünü bərpa etdi və üç onilliyi əhatə edən işğala son qoydu.Beləliklə, Ulu Öndərin strategiyası əsasında yaranmış YAP-ın ideoloji xətti yalnız daxili inkişafı nəzərdə tutmur, bu, Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirən, tranzit-güc kimi formalaşmış dövlət modelinə çevrilməsi üçün də əsasdır. Bu gün Azərbaycan Qarabağ Zəfərindən sonra formalaşmış müasir geosiyasi reallıqlar şəraitində Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha parlaq gələcəyə doğru əminliklə addımlayır.скачать dle 10.6фильмы бесплатно


205

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.