• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Seulda Azərbaycan icmasının üzvləri və azərbaycanlı tələbələrlə görüş keçirilib

24-11-2025, 13:00 | Baxılıb: 196
“Seulda Azərbaycan icmasının üzvləri və azərbaycanlı tələbələrlə görüş keçirilib

Seulda Azərbaycan icmasının üzvləri və azərbaycanlı tələbələrlə görüş keçirilib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Şanlı Zəfərimizin 5 illiyi münasibətilə Koreya Respublikasının paytaxtı Seul şəhərində icmamızın üzvləri və azərbaycanlı tələbələrlə görüş keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan görüşün əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 
Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev iştirakçıları salamlayaraq Qarabağ Zəfərinin 5 illiyi münasibətilə soydaşlarımızı təbrik edib. O, fondun fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr barədə geniş məlumat verib. Diaspor hərəkatının gücləndirilməsi, xaricdə yaşayan soydaşlarımızın birliyinin möhkəmləndirilməsi, milli kimliyin qorunması və mədəni diplomatiyanın genişləndirilməsi sahəsində görülən işləri diqqətə çatdırıb. Həmçinin fondun təhsil təşəbbüsləri, gənclərin fəaliyyətinin dəstəklənməsi, informasiya təminatı, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə təbliği, müxtəlif ölkələrdə icmaların layihələrinin maliyyələşdirilməsi və yeni əməkdaşlıq platformalarının yaradılmasından bəhs edib. Vurğulayıb ki, Koreyada yaşayan azərbaycanlıların təşkilatlanması dövlətimizin daim diqqət mərkəzindədir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyinin əməkdaşı Vüsalə Zeynallı Azərbaycan diplomatiyasında diaspor fəaliyyətinin təşviqinə xüsusi diqqət yetirildiyini bildirib.
Görüş zamanı tələbələrin təhsil mühiti, akademik fəaliyyəti və onları düşündürən digər məsələlər müzakirə olunub. İştirakçıların fondun dəstək mexanizmləri, qrant proqramları, mədəni və sosial layihələrdə iştirak imkanları haqqında sualları cavablandırılıb. 
Qeyd edək ki, tədbirin təşkilində Azərbaycan icmasının fəal üzvləri - fəlsəfə doktoru Leyla Məsimli və Əzizə Hüseynzadənin də xüsusi rolu olub.

Seulda Azərbaycan icmasının üzvləri və azərbaycanlı tələbələrlə görüş keçirilib
Seulda Azərbaycan icmasının üzvləri və azərbaycanlı tələbələrlə görüş keçirilib
скачать dle 10.6фильмы бесплатно


196

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.