• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Braziliyada Azərbaycanın şanlı Zəfərindən bəhs olunub

24-11-2025, 16:00 | Baxılıb: 214
“Braziliyada Azərbaycanın şanlı Zəfərindən bəhs olunub

Braziliyada Azərbaycanın şanlı Zəfərindən bəhs olunub
Braziliyada ölkəmizin 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərin 5 illiyi münasibətilə tədbir keçirilib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və braziliyalı jurnalist Fabiana Ceyhanın təşkilatçılığı ilə baş tutan tədbir hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun şanlı Zəfərimiz münasibətilə tədbir iştirakçılarına ünvanladığı təbrik mesajı diqqətə çatdırılıb.
Daha sonra komitənin şöbə müdiri Səlhət Abbasova çıxış edib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı qələbənin sülhün, ədalətin və həmrəyliyin rəmzi olduğunu vurğulayıb. Komitənin dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın fəaliyyətinə göstərdiyi dəstəkdən, dostluq münasibətlərinin möhkəmləndirilməsi və milli-mədəni irsimizin tanıdılması istiqamətində həyata keçirilən layihələrdən söz açıb. Braziliyalı jurnalistlərə və ictimaiyyətin fəal nümayəndələrinə tədbirdə iştiraka görə təşəkkürünü bildirib.
Jurnalist Fabiana Ceyhan çıxışında Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfər edən ilk latın amerikalı media mənsubu olduğunu xüsusi vurğulayıb. Həmin torpaqlarda aparılan genişmiqyaslı yenidənqurma işlərindən bəhs edib.
Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı Səfirliyinin əməkdaşı Rafiq Rüstəmov Braziliyada şanlı Zəfərimizə həsr olunan belə bir toplantının keçirilməsinin önəmindən danışıb.
Braziliyalı politoloq Joa Zimmer Xavier Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın azad edilməsinin tarixi əhəmiyyətinə diqqət çəkib. Bu Qələbənin uzun illər davam edən münaqişəyə son qoyduğunu vurğulayıb.
Tədbirdə Vətən müharibəsinin qəhrəmanlarının xatirəsinə həsr olunan “Dəmir Yumruq” filmi, eləcə də Azərbaycan mədəniyyətinin zənginliyinə dair videoçarxlar nümayiş etdirilib.

Braziliyada Azərbaycanın şanlı Zəfərindən bəhs olunub
Braziliyada Azərbaycanın şanlı Zəfərindən bəhs olunub
Braziliyada Azərbaycanın şanlı Zəfərindən bəhs olunub
Braziliyada Azərbaycanın şanlı Zəfərindən bəhs olunub
Braziliyada Azərbaycanın şanlı Zəfərindən bəhs olunub
Braziliyada Azərbaycanın şanlı Zəfərindən bəhs olunub
скачать dle 10.6фильмы бесплатно

214

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.