• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında Əməkdaşlıq Proqramı imzalanıb

24-11-2025, 20:00 | Baxılıb: 185
“Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında Əməkdaşlıq Proqramı imzalanıb

Ədliyyə naziri Fərid Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən ikinci Beynəlxalq Ədliyyə Konfransında iştirak edib.

Konfrans çərçivəsində nazir Fərid Əhmədov Səudiyyə Ərəbistanı Krallığının ədliyyə naziri Vəlid bin Məhəmməd bin Saleh Əl-Samni ilə görüşüb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Diaspor.info-ya verilən məlumata görə, görüş zamanı ölkələr arasında dostluq və əməkdaşlıq münasibətlərinin bütün sahələrdə, xüsusilə hüquq və ədliyyə sahəsində inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Tərəflər, həmçinin ədliyyə sahəsində əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi məqsədilə Əməkdaşlıq Proqramı imzalayıblar. Proqram qeydiyyat, notariat və digər ədliyyə orqanlarında görüşlərin təşkili, qabaqcıl təcrübələrin öyrənilməsi, tədris müəssisələri arasında birgə tədbirlərin keçirilməsi və digər sahələri əhatə edir.

Qeyd edək ki, konfrans ümumilikdə 40-dan çox ölkədən yüksək vəzifəli dövlət rəsmilərinin, beynəlxalq təşkilatların nümayəndələrinin, ekspertlərin və alimlərin iştirakı ilə keçirilib. Tədbirdə ədliyyə və məhkəmə sistemlərində texnologiyaların gələcəyi, rəqəmsal transformasiya və süni intellektin tətbiqi, qanunvericilik sahəsində müasir yanaşmalar, alternativ mübahisələrin həlli mexanizmlərinin təkmilləşdirilməsi və digər aktual mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.скачать dle 10.6фильмы бесплатно


185

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.