• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Türk dünyasının ürəyi Naxçıvanda döyünür – TDT yeni güc mərhələsinə keçir

26-11-2025, 22:00 | Baxılıb: 170
“Türk dünyasının ürəyi Naxçıvanda döyünür – TDT yeni güc mərhələsinə keçir

Bu gün Cənubi Qafqaz regionunda postmüharibə dövrünün sülh gündəliyini və reallıqları diktə edən tərəf Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycandır. Regionda yaranan yeni reallıqlar, Azərbaycanın dayanıqlı sülh strategiyası və artan nüfuzu təkcə ölkəmiz üçün deyil, bütün Türk dünyası üçün qürurverici mənzərə yaradır. Məhz buna görə də Azərbaycan Respublikasının Türk Dövlətləri Təşkilatı (TDT) ilə əlaqələri xarici siyasətin prioritet istiqamətlərindən birinə çevrilib və ölkəmiz təşkilatın institusional güclənməsinə həlledici töhfələr verir.

Prezident İlham Əliyevin vurğuladığı kimi, ortaq köklər və dəyərlər üzərində qurulan təşkilat daxili sabitlik və artan potensialı sayəsində ciddi geosiyasi mərkəz kimi formalaşır. Təməli 3 oktyabr 2009-cu ildə məhz Naxçıvanda qoyulan TDT-nin bu gün qlobal təhlükəsizlik, iqtisadi əməkdaşlıq və geosiyasi güc baxımından artan əhəmiyyəti artıq danılmaz həqiqətdir. Təşkilatın tamhüquqlu üzvləri olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla yanaşı, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasının müşahidəçi statusu burada geniş beynəlxalq platformanın formalaşdığını göstərir.

Türk xalqlarının bir yumruq kimi birləşməsi, siyasi müstəvidən tutmuş mədəniyyətə, idman və vətəndaş cəmiyyətinə qədər bütün sahələrdə əməkdaşlığın dərinləşməsi regionda yeni inteqrasiya modelinin əsasını qoyur. Məhz bu baxımdan TDT ölkələrinin qeyri-hökumət təşkilatlarının Azərbaycanda keçirilən həmrəylik forumu Türk dünyasının koordinasiyalı, strateji və geniş spektrli əməkdaşlığa doğru irəlilədiyinin parlaq nümunəsidir. Prezident İlham Əliyevin forum iştirakçılarına ünvanladığı müraciətdə qeyd edilən fikirlər türk xalqlarını bir ailə kimi birləşdirən ortaq etnik köklərin, dəyərlərin və tarixi mirasın gücünü bir daha ortaya qoydu.

Azərbaycan Prezidentinin mesajı həm də onu göstərdi ki, Türk birliyi artıq yalnız mədəni və yaxud tarixi bağlardan ibarət deyil. Bu birlik günümüzün geosiyasi reallıqları fonunda təhlükəsizlikdən tutmuş iqtisadi əməkdaşlığa qədər geniş miqyasda fəaliyyət göstərən strateji güc mərkəzidir. Forumun Bakıda başlayıb Naxçıvanda davam etməsi isə təsadüfi deyil — bu, Türk dünyasının gələcək əməkdaşlıq xəritəsində Naxçıvanın strateji rolunun güclənməsinin rəmzidir.

Müraciətdə Prezident İlham Əliyevin xüsusi vurğuladığı Zəngəzur dəhlizi də bu böyük tablonun ən mühüm elementlərindən biridir. Dövlət başçısı qeyd edir ki, bu nəqliyyat arteriyası Türk dünyasının fiziki bağını möhkəmləndirəcək, Şərqdən Qərbə uzanan vahid strateji xətti birləşdirəcək önəmli halqa rolunu oynayacaq: “Bu gün Türk dünyası özünün yüksəliş dövrünü yaşayır. Beş il əvvəl qazandığımız Qarabağ Zəfəri türk xalqlarının ümumi sevinci və qürur mənbəyidir. İnanıram ki, hazırda yenidən qurulan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, açılacaq Zəngəzur dəhlizi türk dövlətləri arasında əməkdaşlığın inkişafında və möhkəmlənməsində mühüm rol oynayacaqdır”.Türk dünyasının ürəyinin döyündüyü Naxçıvanda növbəti tarixi mərhələnin başlanğıcı qoyuldu. Belə ki, Türk Dünyasını daha da birləşdirəcək, xüsusilə vətəndaş cəmiyyətləri arasında əlaqələri gücləndirəcək mühüm bir platforma - Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin Platforması təsis olundu. Bu yeni qurum TDT çərçivəsində mövcud olan 34 platformanın sırasına 35-ci olaraq qoşuldu və 8 ölkənin QHT-lərini bir araya gətirdi.

Xalqlarımızı daha da yaxınlaşdırmağa imkan verən bu unikal platformanın yaradılması zamanında atılmış strateji addımdır və vətəndaş cəmiyyəti institutlarını yeni əməkdaşlıq müstəvisinə çıxarır. Çünki, bu Platforma sayəsində Türk dünyası QHT-ləri BMT və digər beynəlxalq qurumlarda daha koordinasiyalı şəkildə çıxış edə biləcək, xalqlarımız arasında qarşılıqlı anlaşma və yaxınlıq daha da dərinləşəcək.



Nəriman Nəcəfov

NUHÇIXANскачать dle 10.6фильмы бесплатно


170

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.