• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Gürcüstan və Azərbaycan kənd təsərrüfatı sahəsində işçi qrupu yaradacaq

26-11-2025, 23:00 | Baxılıb: 171
“Gürcüstan və Azərbaycan kənd təsərrüfatı sahəsində işçi qrupu yaradacaq

Gürcüstan və Azərbaycan arasında kənd təsərrüfatında əməkdaşlığı gücləndirmək üçün işçi qrupu yaradılacaq.

Diaspor.info xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri Davit Sonqulaşvili və Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə razılığa gəliblər.

Görüşdə tərəflər ölkələr arasında kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlıq imkanlarını, o cümlədən ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər. D. Sonqulaşvili vurğulayıb ki, Azərbaycanın Baş naziri Əli Əsədovun Tbilisi İpək Yolu Forumunda iştirakı və kənd təsərrüfatı nazirinin Gürcüstana səfəri iki ölkə arasında yüksək səviyyəli siyasi münasibətləri bir daha təsdiqləyir.

Görüşdə Gürcüstanın aqrar sektorun inkişafına dəstək verən dövlət proqramları təqdim olunub, kənd təsərrüfatı məhsulları və ərzaq ticarətinin təşviqi məqsədilə imzalanmış memorandumun əhəmiyyəti vurğulanıb. Nazir xüsusilə ixrac potensialı olan Gürcüstan məhsullarına diqqət çəkib.

Həmçinin tərəflər qida təhlükəsizliyi, baytarlıq, fitosanitariya, elmi tədqiqatlar və sahəvi təhsil proqramları sahələrində əməkdaşlığın vacibliyini müzakirə ediblər. Görüşdə, sektorlararası əməkdaşlığın səmərəliliyini artırmaq üçün işçi qruplar formatında fəaliyyət göstərilməsi qərara alınıb.

Nazir Məcnun Məmmədov bildirib ki, iki nazirlik arasında birgə işçi qrupunun yaradılması barədə razılığa gəlinib: "Bu işçi qrupu iki ölkə arasında, xüsusən də kənd təsərrüfatı və qida sektorunda əməkdaşlığı gücləndirəcək. Görüş zamanı kənd təsərrüfatı ticarətinin genişləndirilməsi əsas müzakirə mövzularından biri olub".

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı nazirinin birinci müavini Nino Tandilaşvili, nazir müavinləri Laşa Dolidze, Laşa Avaliani və nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri iştirak ediblər.скачать dle 10.6фильмы бесплатно


171

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.