• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Bakıda TDT-nin Media və informasiya üzrə işçi qrupunun 12-ci iclası keçirilib

27-11-2025, 14:00 | Baxılıb: 181
“Bakıda TDT-nin Media və informasiya üzrə işçi qrupunun 12-ci iclası keçirilib

Noyabrın 27-də Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Media və informasiya üzrə işçi qrupunun 12-ci iclası keçirilib.

Diaspor.info xəbər verir ki, iclasda açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov TDT çərçivəsində media sahəsində həyata keçirilən birgə layihələrin, institusional əməkdaşlıq mexanizmlərinin və qarşılıqlı informasiya mübadiləsinin türkdilli dövlətlər arasında vahid və dayanıqlı kommunikasiya məkanının formalaşmasına mühüm töhfə verdiyini deyib. O vurğulayıb ki, iclasın gündəliyində əksini tapan məsələlər informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi, dezinformasiya ilə mübarizədə birgə addımların koordinasiyası, strateji kommunikasiya bacarıqlarının inkişafı və media sahəsində ortaq təşəbbüslərin daha səmərəli şəkildə həyata keçirilməsi baxımından yeni imkanlar açır.

Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Ömer Kocaman çıxışında qeyd edib ki, müasir informasiya mühiti təkcə təhlükəsizlik baxımından deyil, həm də idarəetmə, planlaşdırma və dövlətlərarası koordinasiya cəhətdən yeni yanaşmalar tələb edir. Bildirilib ki, TDT çərçivəsində media qurumları arasında dialoqun artırılması, məlumat axınının sistemli şəkildə qurulması və digər önəmli məsələlər təşkilatın qarşıdakı illər üzrə əsas hədəflərindən biridir. Həmçinin diqqətə çatdırılıb ki, rəqəmsal transformasiyanın sürətləndiyi dövrdə media sahəsində qarşılıqlı fəaliyyət yalnız informasiyanın ötürülməsi ilə məhdudlaşmamalı, eyni zamanda, innovativ yanaşmaların tətbiqi, yeni media alətlərinin potensialından istifadə və ortaq kommunikasiya mədəniyyətinin formalaşdırılması kimi istiqamətləri də əhatə etməlidir.

Daha sonra TDT-nin müvafiq sahə üzrə 2025-ci il üçün Fəaliyyət Planının icra vəziyyəti müzakirə edilib və 2026-cı il üçün uyğunlaşdırılaraq yenilənib. Həmçinin TDT-nin media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısının yekun sənədi olan Kommünike layihəsi ətrafında fikir mübadiləsi aparılıb, növbəti toplantının keçirilmə yeri və tarixlərinə dair təkliflərin müzakirəsi həyata keçirilib.скачать dle 10.6фильмы бесплатно


181

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.