• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan–İordaniya sənədləri imzalanıb

27-11-2025, 16:00 | Baxılıb: 177
“Azərbaycan–İordaniya sənədləri imzalanıb

Bakıda Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IV iclası başa çatdıqdan sonra bir sıra sənədlər imzalanıb.

Diaspor.info xəbər verir ki, həmsədrlər Sahil Babayev və Yarub Əl-Quda tərəfindən Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IV iclasının nəticələrinə dair Protokol, həmçinin 2025-2027-ci illər üzrə elm və təhsil, mədəniyyət və incəsənət, gənclər və idman, arxeologiya, səhiyyə və media sahələrində İcraedici Əməkdaşlıq Proqramı imzalanıb.

Bundan başqa, Azərbaycan və İordaniya hökumətləri arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş, Dövlət Turizm Agentliyi ilə İordaniyanın Turizm və Tarixi Əsərlər Nazirliyi arasında turizm sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu və turizm sahəsində əməkdaşlığa dair İcra Proqramı və Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) ilə İordaniyanın Kiçik və Orta Müəssisələrin İnkişafı Korporasiyası (JEDCO) arasında Anlaşma Memorandumu hər iki tərəfin aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələri tərəfindən imzalanıb.

Daha sonra həmsədrlər mətbuat nümayəndələrinin suallarını cavablandırıb. İqtisadi sahədə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əsas platforma olduğunu vurğulayan həmsədrlər qeyd ediblər ki, komissiyanın IV iclasında ticarət, investisiya, sənaye, enerji, nəqliyyat, təhsil, mədəniyyət və digər sahələrdə konkret əməkdaşlıq istiqamətləri razılaşdırılaraq protokol imzalanmışdır. Həmçinin bildirilib ki, bir çox sahələrdə əldə olunan irəliləyiş münasibətlərin strateji xarakterini təsdiqləyir və mövcud potensial əməkdaşlığın daha da genişləndirilməsini zəruri edir.скачать dle 10.6фильмы бесплатно


177

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.