• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan ilə BƏƏ arasında ədliyyə sahəsində əməkdaşlıq genişlənir

27-11-2025, 22:00 | Baxılıb: 234
“Azərbaycan ilə BƏƏ arasında ədliyyə sahəsində əməkdaşlıq genişlənir

Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ədliyyə naziri Abdullah bin Sultan bin Avad əl-Nuaimi ilə görüşüb.

Bu barədə Diaspor.info-ya Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, görüş çərçivəsində iki ölkə arasında ədliyyə sahəsində münasibətlərin inkişafı üçün mövcud olan hüquqi bazanın əhəmiyyəti diqqətə çatdırılıb. Ədliyyə nazirlikləri arasında anlaşma memorandumunun icrasını dəstəkləyəcək yeni əməkdaşlıq proqramının imzalanması müzakirə edilib, bu sənədin hüquqi əməkdaşlığın genişləndirilməsinə əlavə töhfə verəcəyi bildirilib.

Azərbaycan tərəfi ədliyyə sistemində rəqəmsallaşma və süni intellektin tətbiqinin genişləndirilməsi, xidmətlərin operativliyi və səmərəliliyinin artırılması istiqamətində görülən işlərdən bəhs edib və bu sahədə ən yaxşı beynəlxalq təcrübənin öyrənilməsində maraqlı olduğunu ifadə edib.

Ölkələr arasında hüquqi əməkdaşlığın daha da möhkəmləndirilməsi məqsədilə qarşılıqlı səfərlərin, eləcə də təcrübə mübadiləsinin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Fərid Əhmədov, həmçinin BƏƏ-nin Baş nazirinin müavini və daxili işlər naziri Şeyx Seyf bin Zayed Əl Nəhyan ilə də görüş keçirib. Görüş çərçivəsində tərəflər arasında cinayətkarlıqla mübarizə sahəsində qarşılıqlı ekstradisiyanın həyata keçirilməsi istiqamətində faydalı əməkdaşlığın olduğu vurğulanıb. Həmçinin tərəflər əməkdaşlıq perspektivlərini və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.скачать dle 10.6фильмы бесплатно


234

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.