• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan ilə Gürcüstan arasında kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılması müzakirə olunub

27-11-2025, 23:00 | Baxılıb: 206
“Azərbaycan ilə Gürcüstan arasında kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılması müzakirə olunub

Gürcüstanda rəsmi səfərdə olan kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin təhsil, elm və gənclər naziri Givi Mikanadze ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Diaspor.info-ya bildirilib ki, tərəflər ölkələrimizdə aqrar sahədə kadr hazırlığı aparan universitetlər arasında tələbə və akademik heyətin mübadiləsi proqramlarının həyata keçirilməsinin, gənc mütəxəssislərin ikili diplom, təlim və təcrübə proqramlarına cəlb edilməsi imkanları, elmi-tədqiqat institutları arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Hər iki nazir Azərbaycan Dövlət Aqrar Universitetinin Gürcüstanın analoji ali təhsil müəssisələri ilə təhsil sahəsində qarşılıqlı əməkdaşlığı dərinləşdirməsinin, birgə elmi-praktik konfransların təşkilinin, baytarlıq və digər istiqamətlər üzrə kadr hazırlığın təkmilləşdirmək məqsədilə tələbə və müəllim mübadiləsinin aparılmasının, Gürcüstanda yaşayan soydaşlarımızın aqrar təhsilə cəlb olunması üçün stimullaşdırıcı proqramların hazırlanmasının önəmini diqqətə çatdırıblar. Görüşdə Azərbaycan Dövlət Aqrar Universiteti ilə Gürcüstanın ali təhsil ocaqları arasında daha çevik əməkdaşlıq münasibətlərinin qurulması məqsədilə qısa zamanda universitetlərin rəhbər heyətlərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsi barədə razılıq əldə olunub.

Sonra nazir Məcnun Məmmədov bu ölkənin parlamentinin aqrar komitəsinin sədri Gela Samxarauli ilə görüşüb. Görüşdə iki ölkə arasında aqrar sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün hüquqi-normativ bazanın təkmilləşdirilməsi, bu sahədə mövcud əməkdaşlığı tənzimləyən qanunların və beynəlxalq müqavilələrin daha səmərəli işləməsini təmin etmək məsələləri müzakirə olunub.

Tərəflər Azərbaycan və Gürcüstanın strateji tərəfdaş ölkələr olduğunu, ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də əməkdaşlığın daim inkişaf etdiyini vurğulayıblar.

Qeyd olunub ki, Azərbaycanla Gürcüstan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair imzalanmış Anlaşma Memorandumu aqrar sektora dair qarşılıqlı münasibətlərin hüquqi çərçivəsini təmin edir, aqrar sahədə fəaliyyət istiqamətlərinin müəyyən edilməsi ilə bağlı yaradılacaq birgə İşçi Qrup bu əməkdaşlığı daha da irəli aparmağa imkan verəcək. Görüşdə kənd təsərrüfatı məhsullarının qarşılıqlı ticarət dövriyyəsinin artırılması, transsərhəd xəstəliklərə qarşı birgə mübarizənin təşkil edilməsi, bu sahədə müntəzəm məlumat mübadiləsinin aparılması, elmi tədqiqatlar və təhsil sahəsində əməkdaşlıq və digər məsələləri dəstəkləyəcək qanunvericilik bazasının təkmilləşdirilməsi mövzuları geniş müzakirə olunub.скачать dle 10.6фильмы бесплатно


206

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.