• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Macarıstanın Azərbaycandakı səfiri Diaspor Komitəsində olub

29-11-2025, 11:30 | Baxılıb: 314
“Macarıstanın Azərbaycandakı səfiri Diaspor Komitəsində olub

Macarıstanın Azərbaycandakı səfiri Diaspor Komitəsində olub
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Macarıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Tormanla görüşüb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu diaspor siyasətindən danışan komitə sədri, həmçinin Türk Dövlətləri Təşkilatının (TDT) diaspor məsələlərinə məsul qurumların başçılarının bu günlərdə keçiriləcək görüşünə Macarıstanın ev sahibliyi etməsinə diqqət çəkib. Bildirib ki, tədbir iştirakçı ölkələr arasında əlaqələrin dərinləşməsinə, yeni əməkdaşlıq formatlarının yaradılmasına töhfə verəcək.
Qonağa xarici ölkələrdəki Azərbaycan Evləri, həftəsonu məktəbləri, Koordinasiya Şuraları kimi çoxistiqamətli layihələr, həmçinin beynəlxalq informasiya məkanının güclü aktoruna çevrilən diasporumuzun fəaliyyəti barədə geniş məlumat verilib.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir ölkələrimiz arasında mədəni əlaqələrin genişlənməsinin vacibliyindən söz açıb, Macarıstanın hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini bildirib. Xarici ölkələrdəki macar icmaları barədə müfəssəl məlumat verən qonaq, eyni zamanda ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən diaspor fəaliyyəti sahəsində uğurla davam etdiyini və bundan sonra daha da güclənəcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə Azərbaycan və Macarıstan diaspor təşkilatları arasında əlaqələrin gücləndirilməsi, mədəni-humanitar layihələrin təşviqi, xüsusilə gənclər üçün mübadilə proqramlarının çoxalması və ortaq layihələrin həyata keçirilməsinin əhəmiyyətindən danışılıb.
Macarıstanın Azərbaycandakı səfiri Diaspor Komitəsində olub
Macarıstanın Azərbaycandakı səfiri Diaspor Komitəsində olub
Bununla yanaşı, Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin diaspor qurumlarının rəsmiləri üçün təşkil olunan II “INTERNSHIP” (təcrübə) proqramı iştirakçılarının ölkəmizə, o cümlədən Qarabağa səfərləri də diqqət mərkəzinə gətirilib.
Tamaş Yojef Torman Azərbaycan dilinə sevgisini və dilimizi öyrənmək istəyini ifadə edib. Səfirə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə xaricdəki soydaşlarımız üçün çap olunan “Azərbaycan dili” və Azərbaycan dilini öyrənmək istəyən xaricilər üçün hazırlanan “A grammar of contemporary Azerbaijani” (“Müasir Azərbaycan dilinin qrammatikası”) kitabları hədiyyə olunub.
Görüş qarşılıqlı əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsinin aparılması ilə yekunlaşıb.

скачать dle 10.6фильмы бесплатно


314

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.