• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Milli Məclisin plenar iclasında 2026-cı ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri ikinci oxunuşda qəbul olunub

3-12-2025, 09:00 | Baxılıb: 194
“Milli Məclisin plenar iclasında 2026-cı ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri ikinci oxunuşda qəbul olunub

Dekabrın 2-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

Diaspor.info xəbər verir ki, iclasda hökumət üzvləri iştirak ediblər.

Əvvəlcə iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova gündəliyə 6 məsələnin – 2026-cı ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin ikinci oxunuşda daxil edildiyini bildirib. O, birinci məsələnin “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi olduğunu nəzərə çatdırıb.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov qanun layihəsi barədə məlumat verib.

O bildirib ki, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi həm komitələrdə, həm də Milli Məclisin plenar iclasında birinci oxunuşda geniş və konstruktiv şəkildə müzakirə olunub. Qeyd edib ki, müzakirələr zamanı deputatlar çıxış edərək bəzi təkliflər irəli sürüblər. Komitə sədri səsləndirilən fikirlərin sahəvi, regional və ictimai xarakter daşıdığını və bunun dövlət büdcəsi üçün əlavə maliyyə öhdəliyi yaratdığını, eyni zamanda, ölkəmizin sosial-iqtisadi inkişafına, dövlət siyasətinin müxtəlif istiqamətlər üzrə təkmilləşdirilməsinə, o cümlədən regionlarda mövcud problemlərin həllinə xidmət etdiyini söyləyib. O, deputatlar tərəfindən qaldırılan bəzi məsələlərin aidiyyəti dövlət qurumları tərəfindən nəzərdən keçirildiyini deyib.

Sonra iclasda məsələ ətrafında müzakirələr aparılıb. Müzakirələrdə komitə sədrləri Siyavuş Novruzov, Zahid Oruc, deputatlar Qüdrət Həsənquliyev, Ziyad Səmədzadə, Elçin Mirzəbəyli, Zaur Şükürov, Günay Ağamalı, Mahir Süleymanlı, Kamal Cəfərov, Tamam Cəfərova, Azər Kərimli, Vüqar Rəhimzadə, Tənzilə Rüstəmxanlı, Aydın Hüseynov, Samir Vəliyev, Səbinə Salmanova, Mehriban Vəliyeva çıxış ediblər.

Fasilədən sonra davam edən müzakirələrdə deputatlar Əminə Ağazadənin, Cavanşir Paşazadənin və Nurlan Həsənovun çıxışları olub.5-ci sosial islahat zərfinin icrasına başlanılıb. Bu çərçivədə 1,9 milyon şəxsi əhatə edən və 885 milyon manat vəsaiti özündə ehtiva edən, həmçinin pensiyaların indeksləşdirilməsi də nəzərə alınaraq, 1,4 milyard manatlıq sosial islahat zərfi həyata keçirilib. O, cari ildə minimum əməkhaqqının, minimum pensiyaların, sosial müavinət və təqaüd ödənişlərinin, tələbə təqaüdlərinin, ünvanlı dövlət sosial yardımının, ölkə üzrə yaşayış minimumunun, ehtiyac meyarının artımı ilə bağlı rəqəmləri də səsləndirib.İclasda komitə sədri Azər Əmiraslanov “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Komitə sədri bildirib ki, layihəyə əsasən, yaşayış minimumunun məbləği ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilir. Komitə sədri qeyd edib ki, yaşayış minimumunun artım məbləğləri gələn il üçün proqnozlaşdırılan inflyasiyanın səviyyəsini üstələyir.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məsələyə dair bu komitənin müsbət rəy verdiyini bildirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib. O, gələn il üçün ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə müəyyən olunan ehtiyac meyarının həddinin 5,3 faiz artırılaraq 300 manata çatdırıldığını bildirib.

İqtisadi komitə sədri Azər Əmiraslanov məsələ barədə bu komitənin rəyini səsləndirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra Azər Əmiraslanov Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Sosial sığorta haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Tibbi sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət icbari şəxsi sığortası haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Gömrük tarifi haqqında”, “Nağdsız hesablaşmalar haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib.

Komitə sədri layihənin birinci oxunuşda plenar iclasda geniş müzakirə edildiyini, qaldırılan məsələlərlə bağlı həm komitə, həm də aidiyyəti qurumlar tərəfindən ətraflı şərhlərin verildiyini bildirib. O, vergi sisteminin təkmilləşdirilməsinin davamlı və uzunmüddətli xarakter daşıdığını deyib. Bu baxımdan irəli sürülən bir sıra təkliflərə perspektiv dövrdə müvafiq qaydada baxılmasının məqsədəmüvafiq hesab olunduğunu söyləyib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Zaur Şükürov, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bu məsələ ilə bağlı həmin komitələrin müsbət rəylərini diqqətə çatdırıblar.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.скачать dle 10.6фильмы бесплатно


194

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.