• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Bakıda Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin XXVI Beynəlxalq Konfransının açılış mərasimi olub

3-12-2025, 15:00 | Baxılıb: 208
“Bakıda Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin XXVI Beynəlxalq Konfransının açılış mərasimi olub

Bakıda Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin yanğın-xilasetmə xidmətləri rəhbərlərinin XXVI Beynəlxalq Konfransı keçirilib.

Diaspor.info xəbər verir ki, əvvəlcə konfrans çərçivəsində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti daxili xidmət general-polkovniki Aleksandr Çupriyan arasında ikitərəfli görüş olub.

Görüşdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyası arasında əməkdaşlıq məsələləri və Bakıda keçirilən konfrans barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Sonra konfransın açılış mərasimi keçirilib.

Tədbirdə federasiyaya üzv ölkələrdən – Almaniya, Avstriya, Belarus, Bolqarıstan, Çin, Çex Respublikası, Hindistan, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan, Kamerun, Latviya, Monqolustan, Qətər, Səudiyyə Ərəbistanı, Bəhreyn, Rusiya, Serbiya, Slovakiya və Vyetnamdan, eləcə də federasiyanın tərəfdaş şirkətlərindən ümumilikdə 100 nəfərdən artıq nümayəndə, habelə videokonfrans formatında Türkiyə və Qırğızıstan təmsilçiləri iştirak ediblər.

Konfransın açılışında K.Heydərov beynəlxalq tədbirin ölkəmizdə keçirilməsinin əhəmiyyətindən danışıb, bu mötəbər konfransı yanğınsöndürmə və xilasetmə sahəsində beynəlxalq əməkdaşlığın möhkəmlənməsi, yeni təcrübələrin və qabaqcıl yanaşmaların öyrənilməsi baxımından vacib platforma kimi qiymətləndirib.

Nazir Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması tarixinə qısa ekskurs edib, ölkəmizdə bu sahədə görülən işlər barədə ətraflı məlumat verib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əhali və ərazilərin təhlükəsizliyi məsələlərini daim diqqətdə saxladığını vurğulayıb, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılmış Azərbaycan Fövqəladə Hallar Nazirliyinin dövlət başçısının diqqət və qayğısı sayəsində istənilən fövqəladə hadisə ilə uğurla mübarizə aparmaq imkanına malik peşəkar dövlət orqanı kimi formalaşdığını qeyd edib.

Nazir K.Heydərov Fövqəladə Hallar Nazirliyinin beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində görülən işlərdən də danışıb, dövlət başçısının tapşırıqlarına əsasən dünyanın müxtəlif regionlarında aparılmış xilasetmə əməliyyatlarından, fəlakət zonalarına çatdırılmış humanitar yardımlardan bəhs edib.Fövqəladə hallar naziri bu il Ər-Riyad şəhərində keçirilmiş yanğınsöndürmə-xilasetmə idmanı üzrə kişilər arasında XX və qadınlar arasında XI Dünya Çempionatının yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə Səudiyyə Ərəbistanı Krallığının Daxili İşlər Nazirliyinə təşəkkürünü bildirib, konfransın işinə uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti Aleksandr Çupriyan konfransın təşkilində göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib. A.Çupriyan təbii və texnogen fövqəladə hadisələrin artdığı müasir dünyada yanğınsöndürən və xilasedici peşəsinin əhəmiyyətinə toxunub, onların peşəkar hazırlıq səviyyəsinin daim artırılmasının vacibliyini bildirib. Bu baxımdan belə tədbirlərin keçirilməsinin sözügedən peşə sahibləri arasında səmərəli təcrübə mübadiləsinə və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verəcəyinə əmin olduğunu bildirib.

Konfransda Aleksandr Çupriyan tərəfindən nazir Kəmaləddin Heydərova Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının “Beynəlxalq əməkdaşlığa verdiyi töhfəyə görə” medalı təqdim olunub.

Sonra konfrans işini digər natiqlərin çıxışı ilə davam etdirib.

Qeyd edək ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə keçirilən və dekabrın 6-dək davam edəcək konfransda yanğın-xilasetmə idmanının inkişafı, bu idman növü üzrə keçirilmiş son dünya çempionatının təhlili, habelə 2026-cı ildə yanğın-xilasetmə idmanı üzrə dünya çempionatlarının təşkili və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunacaq.скачать dle 10.6фильмы бесплатно


208

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.