• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan Beynəlxalq Doha Forumunda təmsil olunub

10-12-2025, 12:00 | Baxılıb: 331
“Azərbaycan Beynəlxalq Doha Forumunda təmsil olunub

Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev Qətər dövlətində səfərdə olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən NUHÇIXAN-a verilən məlumata görə, F.Rzayev Qətər dövlətinin dəstəyi ilə keçirilən 23-cü Beynəlxalq Doha Forumunda iştirak edib.

Forum çərçivəsində F.Rzayev iqlim diplomatiyasına həsr olunmuş panel sessiyasında çıxış edib. Nazir müavini ölkəmizin yaşıl enerjiyə keçid və alternativ enerji mənbələrindən istifadə sahəsindəki siyasəti, habelə COP29 çərçivəsində Azərbaycanın sədrliyi tərəfindən görülmüş işlər və nailiyyətlər, bu kontekstdə cari ilin noyabrında Braziliyada keçirilmiş COP30 tədbirinə ölkəmizin töhfələri, COP “troyka” beynəlxalq iqlim diplomatiyası çərçivəsində davam edən fəaliyyəti barədə danışıb.

Eyni zamanda, səfər çərçivəsində F.Rzayev Qətərin Lusail universitetinin rəhbərliyi və professor-müəllim heyəti, eyni zamanda, Beynəlxalq Siyasi Araşdırmalar Mərkəzinin rəhbərliyi ilə görüşlər keçirib.

Görüşlər zamanı F.Rzayev Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra yürütdüyü fəal xarici siyasət kursu, ikitərəfli əlaqələri və beynəlxalq təşkilatlar çərçivəsindəki təşəbbüsləri, eyni zamanda, ölkəmizin suverenliyi və ərazi bütövlüyünün bərpası, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində həyata keçirilən fəaliyyət, eləcə də Azərbaycan və Qətər arasında həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə əməkdaşlıq barədə danışıb.скачать dle 10.6фильмы бесплатно


331

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.