• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Parlamentdə “Daxili qoşunlar haqqında” yeni qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib

10-12-2025, 13:00 | Baxılıb: 281
“Parlamentdə “Daxili qoşunlar haqqında” yeni qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib

Parlamentdə “Daxili qoşunlar haqqında” yeni qanun layihəsi üçüncü oxunuşda təsdiq edilib.

Diaspor.info xəbər verir ki, Milli Məclisin dekabrın 9-də keçirilən iclasının gündəliyinə daxil edilmiş qanun layihəsində daxili qoşunların ölkənin konstitusiya quruluşunun, dövlət suverenliyinin, ictimai qaydanın və ümumi təhlükəsizliyin təmin olunmasında rolu hüquqi baxımdan əhatəli şəkildə tənzimlənir.

Layihə, həmçinin daxili qoşunların səlahiyyət dairəsini, strukturunu, idarəetmə mexanizmini və fəaliyyət istiqamətlərini müəyyən edir.

Qanun layihəsi ümumilikdə 6 fəsil və 30 maddədən ibarətdir. Sənəddə qeyd edilir ki, daxili qoşunların şəxsi heyəti hərbi qulluqçular və mülki işçilərdən ibarət olacaq. Hərbi qulluqçular üçün peşəkar hazırlıq, fiziki və ixtisas göstəriciləri, xüsusi vasitələrdən və texnikadan istifadə bacarığı vacib şərtlər kimi göstərilir. Onların mütəmadi olaraq fiziki hazırlıq səviyyələri, silah və texnikadan istifadə vərdişləri, habelə ilkin tibbi yardım göstərmə bacarıqları qiymətləndiriləcək.

Qanun layihəsi, həmçinin mülki heyətlə bağlı əmək münasibətlərinin Azərbaycan Respublikasının əmək qanunvericiliyi çərçivəsində tənzimlənəcəyini təsbit edir.

Daxili qoşunlar üçün kadr hazırlığı, ixtisasartırma və elmi-tədqiqat fəaliyyəti həyata keçirən xüsusi təyinatlı təhsil müəssisələrinin mövcudluğu da layihədə əksini tapıb. Hərbi qulluqçular bu müəssisələrdə yerli qanunvericiliyə uyğun təhsil ala, eyni zamanda, beynəlxalq müqavilələr çərçivəsində xarici ixtisaslaşdırılmış təhsil ocaqlarında təhsillərini davam etdirə bilərlər.

Layihəyə əsasən, daxili qoşunların şəxsi heyətinin və onların ailə üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə onların xidmət və yaşayış yerləri barədə məlumatların media subyektlərində, internet resurslarında və ya digər informasiya-telekommunikasiya şəbəkələrində yayılmasına qadağa qoyulur. Eyni zamanda, daxili qoşunların fəaliyyəti ilə bağlı məlumatların yalnız müvafiq komandanlığın icazəsi ilə paylaşılmasına icazə verilir.

Yeni qanun qüvvəyə mindikdən sonra hazırda qüvvədə olan “Daxili qoşunların statusu haqqında” Qanun ləğv ediləcək.скачать dle 10.6фильмы бесплатно


281

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.