• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Qətərin Baş prokuroru Azərbaycana səfərə dəvət olunub

17-12-2025, 15:00 | Baxılıb: 343
“Qətərin Baş prokuroru Azərbaycana səfərə dəvət olunub

Qətər Dövlətinin Baş prokuroru İssa bin Saad Al Nuaimi Azərbaycana dəvət olunub.

Diaspor.info xəbər verir ki, dəvəti Baş prokuror Kamran Əliyev Qətər Dövlətinin paytaxtı Doha şəhərinə səfəri çərçivəsində Qətər Dövlətinin Baş prokuroru İssa bin Saad Al Nuaimi ilə görüşdə edib.

Görüş zamanı Qətər Dövlətinin Baş prokuroru qurumlar arasında yüksək səviyyəli işgüzar münasibətlərin ölkələrin siyasi rəhbərlikləri arasında formalaşmış dostluq münasibətlərindən qaynaqlandığını qeyd edib. Azərbaycana səfərini xatırlayan ev sahibi ona göstərilmiş xüsusi diqqəti minnətdarlıqla xatırladığını bildirib.

Kamran Əliyev yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirərək hər iki ölkənin prokurorluqları arasında formalaşmış səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edib.

Bununla yanaşı, daha öncə imzalanmış Anlaşma Memorandumunun icrası ilə bağlı konkret tədbirlər, həmçinin digər istiqamətlərdə əməkdaşlıq perspektivləri müzakirə edilib. Baş prokuror həmkarını Azərbaycana səfərə dəvət edib.

Tədbir çərçivəsində bir sıra beynəlxalq təşkilatların və ölkələrin nümayəndələri ilə ikitərəfli görüşlər keçirilib.

Qətər Dövlətinin İnzibati Nəzarət və Şəffaflıq Qurumunun rəhbəri Hamad bin Nasser Al Misnad ilə görüşdə Baş prokuror Kamran Əliyev həmkarını BMT-nin Korrupsiyaya qarşı Mübarizə üzrə Konvensiyasına Tərəf Dövlətlərin 11-ci Assambleyasının sədri seçilməsi münasibətilə təbrik edib, nümayəndə heyətimizə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkür edərək qurumlar arasında yüksələn xətt üzrə inkişaf edən münasibətlərin olmasını qeyd edib.

Cari ildə Azərbaycana səfərinin xüsusilə yaddaqalan olmasını xatırladan ev sahibi, iki ölkənin qurumları arasında təcrübə mübadiləsinin vacibliyini qeyd edib. Bununla yanaşı, birgə fəaliyyətlə bağlı Azərbaycan tərəfinin təşəbbüslərinin dəstəkləndiyi ifadə edilib.

Baş prokuror Kamran Əliyevlə BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin cari direktoru John Brandolino arasında görüşdə qurumlar arasında faydalı əməkdaşlıq əlaqələrinin qurulması və bır sıra birgə layihələrin uğurla icrası vurğulanmışdır. Azərbaycan Prokurorluğunun qurumun fəaliyyətində aktiv iştirakına görə təşəkkür edən Brandolino, ölkəmizin irəli sürülmüş digər təşəbbüslərinin də BMT tərəfindən dəstəkləndiyini ifadə etmişdir.Bundan başqa, Baş prokuror İran İslam Respublikasının Ədliyyə naziri Əmin Hüseyn Rəhimi ilə ikitərəfli görüş keçirib

Görüşdə dövlət başçıları arasında formalaşmış dost münasibətlərinin ölkələrin bütün sahələrdə ikitərəfli əməkdaşlığını yeni mərhələyə qaldırması vurğulanıb, hüquq mühafizə, cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım, cinayət törətmiş şəxslərin və məhkumların verilməsi sahəsində qarşılıqlı əməkdaşlıqla bağlı konkret məsələlər müzakirə edilib.

Baş prokurorla Beynəlxalq Antikorrupsiya Akademiyasının cari dekanı Drago Kos arasında ikitərəfli görüşdə Azərbaycanın Akademiyaya göstərdiyi hərtərəfli dəstəyə görə təşəkkür ifadə edilməklə tərəflər arasında əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi müzakirə edilib.

Tədbir müddətində, həmçinin Baş prokuror Kamran Əliyev Litva Xüsusi İstintaq Xidmətinin direktoru Linas Pernavas, Uqanda Dövlət Prokurorluq Xidmətinin direktoru Lino Anguzu, Moldovanın cari Baş prokuroru Aleksandru Makedon və digər nümayəndə heyətləri arasında ikitrəfli görüşlər keçirərək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıb.скачать dle 10.6фильмы бесплатно


343

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.