• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan və Ermənistanın ABŞ-dəki səfirləri TRIPP təşəbbüsünü müzakirə ediblər

22-12-2025, 12:00 | Baxılıb: 248
“Azərbaycan və Ermənistanın ABŞ-dəki səfirləri TRIPP təşəbbüsünü müzakirə ediblər

ABŞ-dəki Azərbaycan və Ermənistan səfirləri Xəzər İbrahim və Narek Mkrtçyan "Tramp Marşrutu" təşəbbüsünə - "Trump Route for International Peace and Prosperity" (TRIPP) həsr olunmuş dəyirmi masada iştirak ediblər.

Bu barədə Diaspor.info-ya Amerika-Azərbaycan Ticarət Palatasına (United States–Azerbaijan Chamber of Commerce - USACC) istinadən xəbər verir.

USACC tərəfindən təşkil edilən tədbirdə Vaşinqtonda Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan səfirləri, həmçinin ABŞ hökumətinin yüksək rütbəli nümayəndələri və biznes nümayəndələri də iştirak ediblər.

Görüş zamanı tərəflər TRIPP təşəbbüsünün regional əlaqələrin möhkəmləndirilməsində və Orta Dəhliz boyu ABŞ-ın davamlı iqtisadi mövcudluğunun təmin edilməsində rolunu müzakirə ediblər.

"ABŞ administrasiyasının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında avqustda əldə edilmiş sülh razılaşması tarixi irəliləyişi təmin edib. TRIPP - bu razılaşmanın dayanıqlığını təmin etmək, tranzit marşrutunu ümumi rifahın mühərrikinə çevirmək üsuludur", - ABŞ Dövlət Departamentinin İdarəetmə İdarəsinin direktoru və sülh missiyaları üzrə xüsusi elçisi Vinay Çavla bildirib.

Xəzər İbrahim, qeyd edib ki, cari ilin avqustunda Vaşinqtonda liderlərin sammiti regional sülh prosesinin irəliləməsində tarixi rol oynayıb: "Azərbaycan uzun müddətdir qarşılıqlı əlaqə və əməkdaşlıq prinsiplərini irəli sürür, Türkiyə, Gürcüstan və Mərkəzi Asiya ölkələri ilə möhkəm tərəfdaşlıq münasibətləri qurur. Orta Dəhlizin əsas komponenti kimi TRIPP layihəsini uğurlu həyata keçirmək vacibdir".

Ermənistan səfiri vurğulayıb ki, TRIPP təşəbbüsü Cənubi Qafqaz, Mərkəzi Asiya və digər regionlar üçün real faydalı olacaq.

"Azərbaycanlı həmkarlarımızla konstruktiv qarşılıqlı əlaqəni və müzakirələrin konkret inkişaf layihələrinə keçməsi faktını alqışlayıram. Belə praktiki əməkdaşlıq real iqtisadi və sosial nəticələrə nail olmaq üçün vacibdir", - deyə erməni diplomat əlavə edib.скачать dle 10.6фильмы бесплатно


248

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.