• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Pakistanın DND agentliyi: 2025-ci ildə müdafiə gündəmində Azərbaycanla əməkdaşlıq əsas yer tutub

25-12-2025, 17:00 | Baxılıb: 260
“Pakistanın DND agentliyi: 2025-ci ildə müdafiə gündəmində Azərbaycanla əməkdaşlıq əsas yer tutub

Pakistanın DND agentliyi 2025-ci ildə ölkənin müdafiə sektorunun beynəlxalq tərəfdaşlıqlar fonunda diqqət mərkəzində olduğunu və bu prosesdə Azərbaycanla əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini yazıb.

Diaspor.info xəbər verir ki, Pakistanın DND agentliyi Pakistan ilə Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlığın 2025-ci il üzrə əsas mərhələlərinə toxunaraq, bu çərçivədə aparılan danışıqların ilin əvvəlindən başladığını bildirib. Agentliyin məlumatına görə, JF-17C (Block-III) döyüş təyyarələrinin Azərbaycana satışı ilə bağlı danışıqlara 2025-ci ilin yanvar ayında start verilib. İlkin mərhələdə 16 təyyarənin alınması nəzərdə tutulsa da, sonradan bu rəqəm 40-a çatdırılıb. Sözügedən razılaşma Pakistanın müdafiə sənayesi üçün mühüm mərhələ kimi qiymətləndirilib.

Məqalədə bildirilib ki, 2025-ci ilin iyun ayında Pakistan ilə Azərbaycan arasında ümumi dəyəri 4,6 milyard ABŞ dolları olan müdafiə sazişi imzalanıb. Razılaşmaya əsasən, Pakistan Azərbaycana 40 ədəd JF-17C (Block III) döyüş təyyarəsi tədarük edəcək. Saziş çərçivəsində həmçinin 2 milyard dollar həcmində investisiyanın nəzərdə tutulduğu və bu vəsaitin birgə sənaye layihələrinə, infrastrukturun inkişafına və mümkün yerli istehsala yönəldiləcəyi qeyd olunub. Agentlik bu müqaviləni Pakistanın müdafiə sənayesi tarixində ən iri ixrac razılaşması kimi dəyərləndirib.

DND bildirib ki, 2025-ci ilin oktyabr ayında JF-17C (Block III) təyyarələrinin ilk partiyası Azərbaycana təhvil verilib. Təslimat 4,6 milyard dollarlıq saziş çərçivəsində həyata keçirilib və bu paketə təlim, logistika və silah sistemləri də daxil edilib.

Beləliklə, Pakistanın DND agentliyinin məlumatına görə, 2025-ci il Pakistan–Azərbaycan müdafiə əməkdaşlığında mühüm mərhələ kimi yadda qalıb. İl ərzində aparılan danışıqlar, imzalanan saziş və həyata keçirilən təslimatlar iki ölkə arasında müdafiə sahəsində tərəfdaşlığın daha da dərinləşdiyini göstərib.скачать dle 10.6фильмы бесплатно


260

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.